Çex bulkası resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 3 732
Səs ver:
(səs: 3)
Praqadakı Staromest meydanında trdlo bulkasının satıldığı dükanlar suvenir mağazalarını sayına görə üstələyir. Trdlo bişən közün, bulkaların ağlı başdan alan qoxusu turistləri dəstə-dəstə cəlb edir. Evində trdlo bişirmək istəyənlər isə xüsusi trdlo şişləri yerinə oxlov, metal boru və digər avadanlıqdan istifadə etməli olurlar. Amma əziyyətinə dəyər. 
 
Tərkibi (4 pay): 
650 q un
50 q darçın
100 q fındıq
30 q yaş maya
100 q kərə yağı
2 yumurta
1 st süd
6 x.q. ağ şəkər tozu (narın)
 
Hazırlanması: 
Maya, 1/4 st. isti su, 1 ç.q. un və 1 ç.q. şəkər tozunu qarışdıraraq barata hazırlayın. İsti yerdə 15-20 dəqiqə qalsın. 

Yumurtaların ağını sarısından ayırın. 
Tayqulpda kərə yağını əridin, dərin ləyənə töküb süd və iki yumurtanın sarısı ilə qarışdırın. Unun qalanını və baratanı əlavə edin. 1 st. şəkər tozundan 1 x.q. qədər götürüb kənara qoyun, qalanını və azacıq duzu xəmirə əlavə edin (kənara qoyduğunuz şəkər tozu bulkanın üzərinə səpiləcək). 
Əlinizlə elastik xəmir yoğurun. Üzərinə dəsmal çəkib isti yerə qoyun, hər dəfə şişdikcə ətləyin (iki dəfə).  
Hazır xəmiri bir neçə bərabər hissəyə bölün. Yayın. Hər birini iti bıçaqla 5 sm eni olan uzun şəridlərə bölün. 
 
Metal boruya (yaxud üzərinə folqa çəkilmiş karton boruya) şəridləri dolayın. Xəmirin kənarını səliqəylə yapışdırın. 

Hazır olduqdan sonra hər tərəfinə yumurta ağı çəkin.
 
Sobanı 200 dərəcə qızdırın. 
Fındığı əzib (yaxud üyüdüb) 1 x.q. şəkər tozu və darçınla qarışdırın. Bir boşqaba tökün. Boruya doladığınız xəmirləri bu qarışığa batırın.
Sininin içinə xəmiri siniyə yapışmayacaq hündürlüyə qaldırmaq üçün əşya qoyun. Sonra boruları üzərinə düzün. 
Bulkalar 20 dəqiqə bişirilir. Bu müddətdə iki dəfə çevirin ki, hər tərəfi qızarsın. 
Bulkaları sobadan çıxarandan sonra bir qədər soyudun, sonra borudan çıxarın. 
Boşqaba yığıb üzərinə şəkər pudrası səpin.









Nuş olsun!
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 3 732
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri