Şokolad sousu ilə pankek resepti

Şərhlər: 7
Baxılıb: 4 192
Səs ver:
(səs: 5)
Tərkibi:
1 ədəd yumurta
1 çay stəkanı duru yağ
Yarım çay stəkanı süd
1 su stəkanı su
1 su stəkanı toz şəkər
1 çay  qaşığı qabartma tozu
2 və ya 3 su stəkanı un (göz qərarı)
 
Arası üçün:
1 paket sadə tort kremi
1 su stəkanı süd
 
Şokolad sousu üçün:
Yarım çay stəkanı un
Yarım çay stəkanı kakao
1 çay stəkanı toz şəkər
2 su stəkanı süd
 
Hazırlanması:
İlk olaraq pankeklərimizin xəmirini etməyə başlayaq. Bunun üçün  qaba bütün xəmir üçün olan ərzaqları  əlavə edib və mikserlə yaxşıca çalınır, keks xəmiri halına gətirilir. Yağsız bir tava qazın üzərinə qoyulur  və hazır xəmirdən  bir xörək  qaşığı tavaya tökərək blinçik kimi hər iki üzü bişirilir. Bişirilmiş  pankeklərimizi  soyumağa buraxaq. Digər tərəfdən şokolad sosumuzun vəsaitlərini bir qazana alaq və zəif qazda  qarışdıraraq 3-4 dəqiqə bişirək.Bişən sosumuzu qazın üzərindən  alaq və soyumağa buraxaq.Tort kremini  mikser qabına alaq, südü üzərinə tökək və mikserlə yaxşıca çalınır.Tort  kremini pankeklərin arasına çəkilir  və pankeklər üst - üstə yerləşdirilir. Soyuyan şokolad sosumuzu pankeklerimizin üstünə tökək və xidmət edək.
 
Nuş olsun!
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 4 192
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri