Yumurtasız tort resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 19 161
Səs ver:
(səs: 6)
Tərkibi:
3 su stəkanı un. 
Yarim su stəkanı kakao 
1 su stəkanı şəkər  tozu
2 su stəkanı süd (yarım yağlı) 
3/4 su stəkanı maye yağ (yarım su stəkanı + bir rüb) 
1 paket vanil 
2 paket qabartma tozu 
1 yemək qaşığı limonun suyu 
Bir çimdik duz 
Zövqə görə damla şokolad 

Sous üçün:
Hazır şokolad sous və ya puding 
Badam ləpəsi və ya istədiyimiz bəzəmələr

Hazırlanması:
Yumurta qoxusunu sevməyənlər üçün və ya son anda evdə yumurta qalmadığını fərq edələnlərə əla, yumşaq, ağızda dağılan bir tort reseptini paylaşıram. 

Bir qabda, un, qabartma tozu və kakao ələkdən keçirilir. Şəkər, vanil və duz əlavə olunur. Digər maye vəsaitlər qarışdırılır. Quru qarışığa tökülür və yaxşıca qarışdırılır. Yağlı kağız sərilmiş sobanın qabına tökülür, 180 dərəcədə bişirilir.
Keks bişdikdən sonra soyumağa qoyulur və soyuyandan sonra  isti şokolad sousu üstünə tökülür.
 
Nuş olsun!
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 19 161
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri