Qaragilə piroqu resepti

Müəllif: NoName
Şərhlər: 13
Baxılıb: 1594
Paylaş:
Səs ver:
(səs: 1)
Tərkibi:
1,5 stəkan qaragilə
4-6 x.q. şəkər tozu

Xəmir üçün:
2 stəkan un
200 qram kərə yağı və yaxud marqarin
2-3 x.q. şəkər tozu
1 ç.q. vanil şəkəri
Bir çimdik duz
1 yumurta sarısı

Şirə üçün:
180-200 qram xama
2 ədəd yumurta
2-3 x.q. şəkər tozu
1 ç.q. vanil şəkəri
2 x.q. kartof nişastası

Hazırlanması:
Xəmiri hazırlayıb, soyuducuya yerləşdirin. Qaragiləni yuyub, təmizləyin. Giləmeyvənin yarısına, istəsəniz 3-4 xörək qaşığı şəkər tozu əlavə edə bilərsiz.

Xəmiri soyuducudan çıxarıb, yayın. Sonra xəmiri xüsusi forma qabına yerləşdirin. 190-200 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə ərzində bişirin. Bişmiş xəmiri sobadan çıxarıb, üzərinə əvvəl şəkər tozu ilə qarışdırılmış qaragiləni, sonra isə qalan qaragiləni yerləşdirin. Giləmeyvələrin üzərindən 2-3 xörək qaşığı şəkər tozu gəzdirin.

Piroqun şirəsini hazırlamağa başlayın.

Şirəni hazırlamaq üçün: boşqabda yumurta, xama, şəkər tozu, vanil şəkəri və nişastanı yerləşdirib, yaxşıca çalın.

Hazırladığınız şirəni piroqun üzərindən gəzdirin.

200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə ərzində piroqu bişirin.

İstəsəniz piroqu təkcə qaragilədən yox, müxtəlif giləmeyvələrdən hazırlaya bilərsiz. Məsələn moruq, çiyələk, qaragiləni şaftalına kombinə edib hazırlaya bilərsiz. Piroqun dadı sizin fantaziyanızdan asılıdır.

Nuş olsun!

loading...
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 1594
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
yalniz adam
bisirmisem haminin xosuna gelib
20 aprel 2016 20:41
13
Offline
BR
hosuma geldi...
19 aprel 2016 19:06
12
Offline
sizin 1205
Olsa yeyerdim..
10 aprel 2016 18:39
11
L
Offline
S.Heydarova
sadə tərkibi var gorunusudə yaxsidir bəyəndim
9 aprel 2016 17:37
10
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Offline
Ayka I-va
dadli gorunur twk
9 aprel 2016 17:20
9
Offline
vipbetul
super dadli olur
9 aprel 2016 16:25
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Zinyet
Uzundere oldu
9 aprel 2016 15:47
7
Offline
Totu
Dadli görsenir.
9 aprel 2016 15:26
6
Offline
Fialka
Fotoda başqa qaragiləli piroq əks olunub amma reseptin hazırlanma qaydasını bəyəndim bir tək qaragiləni başqa meyvə ilə əvəz edərək, piroqları qaragiləylə sevmirəm .Təşəkkür.
9 aprel 2016 15:00
5
Offline
ayka95
Terkibin beyendim
9 aprel 2016 14:58
4
Offline
qanadli melek
Cox beyendim bawqa meyvelerlede yaxsi alinar
9 aprel 2016 14:14
3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
___Jasmin___
bunu cox sevirem mama bir defe bisirmisdi cox dadliydi tsk
9 aprel 2016 14:09
2


Basqalarini kagiza yazdim seni konlume....
Offline
BARBI
Cox beyendim. Bele piroqlari cox xoslayiram.
9 aprel 2016 14:04
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook