Pavlova tortu resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 951
Səs ver:
(səs: 2)
Tərkibi:
Bizeni hazırlamaq üçün:

4 ədəd iri yumurtanın ağı (otaq tempraturunda olmalı və qətiyyən soyuq olmamalıdır!)
1 çay qaşığı alma sirkəsi
1 çay qaşığı qarğıdalı nişastası
1 fincan / 190 qr rafinə edilmiş – xırdalanmış şəkər tozu /əgər yoxdursa o zaman mətbəx kombaynında xıradalamq olar,lakin şəkər pudrasına çevrilməməlidir/
Yarım çay qaşığı tam vanil ekstraktı

Krem üçün:
Yağlılığı 35-40% olan 300 ml qaymaq /mütləq soyuq olmalıdır/
1 çay qaşığı şəkər tozu

Üzərini bəzəmək üçün:
Qarışıq giləmeyvələrdən təzə moruq və qaragilə, nanə yarpağı və şəkər pudrası.

Hazırlanması:
Soba 100 C dərəcə tempraturda qızdırılır. Bize bişiriləcək list /tava/ sobanın orta rəfində yerləşdirilir.

Böyük,təmiz və quru qabın içərisinə yumurtanın ağı tökülür,köpüklənənədək orta sürətlə mikser vasitəsiylə çalınır.
Pavlova tortu resepti - FOTO RESEPT

Pavlova tortu resepti - FOTO RESEPT


Üzərinə alma sirkəsi və qarğıdalı nişastası əlavə edilir. Təxminən 3 dəqiqə ərzində yumşaq köpük qalxana kimi yenidən çalınır.
Pavlova tortu resepti - FOTO RESEPT


Şəkər tozu az –az, hər dəfə 1 qaşıq tökülməklə əlavə edilir və kütlə bərkiyənəcən daha 5 dəqiqə çalınır. Kütlənin hazır olub-olmadığını bilmək üçün mikserin çəlgəlləriylə kütlədən bir qədər götürülür,əgər qarışıq axmırsa və bərk vəziyyətdə miskerin çəngəlində qalırsa deməli hazır hesab olunur. Sonda vanil ekstraktı əlavə edilib kütləyə qarışdırılır.
Pavlova tortu resepti - FOTO RESEPT


Listin /tavanın/ üzərinə perqament kağızı yerləşdirilir. 25 sm diametrlik boşqabın ağız hissəsi perqament kağızının üzərinə qoyulub qələmlə dairə çəkilir. Kağızı o biri üzünə çevrilməlidir. Alınmış dairəvi forma bize üçün lazım olacaq. Belə ki, hazır bize kütləsi qaşıqla götürüb səliqəylə perqament kağızının üzərinə həmin dairə formasınca yayılmalıdır. Orta hissə isə bir qədər çökək olmalıdır. Çünki sonradan bizenin ortasına krem qoyulacaq.
Pavlova tortu resepti - FOTO RESEPT


Qapağı açılmadan ,1 saat 40 dəqiqə ərzində bize bərkiyənədək bişirilməlidir. Yadda saxlamaq lazımdır ki- bizenin rəngi ağ olmalıdır! Bize bişdikdən sonra soba söndürülür və qapağı açılmadan heç olmasa 2 saat tam soyuyanadək bize sobada qalmalıdır. Bişmiş bizenin üzəri kövrək, içərisi zefir kimi yumşaq olur.

Sonra bizeni sobadan çıxarıb səliqə ilə perqament kağızından ayırmaq və altlıqlı lövhə sini /podstavka/ üzərinə qoymaq lazımdır.

Bu arada, krem hazırlamaq üçün orta ölçülü qabda qaymaq və şəkər tozu qatılaşana kimi mikserlə çalınır. Hazır krem qaşıqla bizenin ortasına eyni bərabərlikdə əlavə olunur. Üzərinə qarışıq giləmeyvələr- moruq və qaragilə qoyulur, nanə yarpağı ilə bəzədilir. Meyvələrin üzərinə az miqdarda şəkər pudrası səpilir.

Qeyd: Tort hazırlanandan dərhal sonra sevris edilməlidir. Çünki çox qalıdıqda bize üzərindəki kremin təsirindən sovrulur və kəsdikdə isə büzüşəcək.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 951
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri