Almalı maffinlər resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 886
Səs ver:
(səs: 2)
Tərkibi:
2 yumurta
100 q kərə yağı
100 q şəkər tozu
60 ml bal
210 q un
1 ç.q. qabartma tozu
1 çimdik duz
1 limonun sedrası və şirəsi
3 alma
qoz - istəyə görə

Hazırlanması:
Un, duz və qabartma tozunu qarışdırın.
Almalı maffinlər resepti - FOTO RESEPT


Ayrıca qabda yumurtanı şəkər tozu ilə ağarıncayadək möhkəm çalın.
Almalı maffinlər resepti - FOTO RESEPT


Kərə yağını əridib soyudun. Çalınmış yumurtaya bal, yağ, sedra və limon şirəsini (2 ç.q.) əlavə edin.
Almalı maffinlər resepti - FOTO RESEPT


Un qarışığını əlavə edib xəmir yoğurun. Almaları doğrayıb xəmirə qatın. Xırdalanmış qoz da əlavə edə bilərsiniz.
Almalı maffinlər resepti - FOTO RESEPT


Xəmiri formalara tökün. Əgər içinə qənnadı kağızı qoymursunuzsa, formaların içini kərə yağıyla yağlayıb un səpin. 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.
Almalı maffinlər resepti - FOTO RESEPT

Almalı maffinlər resepti - FOTO RESEPT

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 886
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri