Bananlı taten resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 360
Səs ver:
(səs: 1)
Tərkibi:
1 lay qat-qat xəmir
90 q kərə yağı
3/4 fincan qəhvəyi şəkər tozu
0,5 ç.q. darçın
1/8 ç.q. duz
5 iri yetişmiş banan
vanil
2 x.q. tünd rom

Hazırlanması:
Sobanı 200 dərəcə qızdırın.

Xəmiri azca un səpilmiş masada yayın. Dairəvi formanın ölçüsündə kəsin (26 sm diametrli qab üçün uyğundur).

Xəmiri perqamentin üzərinə qoyun. Bir neçə yerdən kəsik atın.

Kərə yağını formanın içinə qoyub orta itilikli odda əridin. Şəkər tozu, vanil, darçın və duz əlavə edin. 3 dəqiqə, kəhrəba rəngi alanadək bişirin. Bananları təmizləyin, uzunasına ortadan bölüb formaya düzün. 3 dəqiqə bişirin. Üzərinə rom gəzdirin, sonra romun əksər hissəsi buxarlanıb, karamel qatılaşanadək, təxminən 1-2 dəqiqə bişirin. Ocaqdan götürün.

Xəmiri bananların üzərinə çəkin. Sobaya qoyub təxminən 25 dəqiqə, qızılı rəng alanadək bişirin. Sobadan çıxarın, ehtiyatla qaba tərs çevirin (qabı formanın ağzına qoyun, cəld hərəkətlə çevirin, formanı yavaş-yavaş qaldırın). Əgər bananlar yerini dəyişibsə, taxta düz qaşıqla yerinə qaytarın.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 360
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri