Fındıqlı-vaflili konfetlər resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 4 469
Səs ver:
(səs: 4)
Tərkibi:
150 q südlü şokolad
150 q tünd şokolad
50 ml 33%-li qaymaq
30 q kərə yağı
100 q fındıq
50 q içliksiz quru vafli

Hazırlanması:
Vaflini xırdalayın (lap toz halına salmayın). 
Fındığı xırdalayın (qalın oxlovla üzərindən bir neçə dəfə getmək olar). 
Südlü şokoladı su hamamında, yaxud mikrodalğalı sobada 1,15 dəqiqə (1000 Vatt) əridin. 

Vafli, fındıq və əridilmiş südlü şokoladı qarışdırın. 

Kənarları hündür bir qabın içinə perqament döşəyin, qarışığı içinə yayıb hamarlayın. 

Soyuducuda iki saat saxlayın. 

Qanaş: qaymağı qızdırın (qaynatmayın), tünd şokolad və yağ əlavə edin. Yaxşıca qarışdırın.
Soyuducudakı fındıq-vafli qarışığını çıxarın, qanaşı üzərinə töküb hamarlayın. 

Yenidən soyuducuda 2 saat saxlayın. 

Doğrayanda bıçağı qızdırın. 
İstəsəniz, doğranmış konfetlərin də üzərinə su hamamında əridilmiş tünd şokolad çəkə bilərsiniz (bundan sonra da soyuducuda saxlamaq gərəkdir).


Nuş olsun!
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 4 469
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri