Ürək pecenyələr resepti

Müəllif: ulduz
Şərhlər: 9
Baxılıb: 7 022
Səs ver:
(səs: 5)
Tərkibi:
Yumurta – 2 ədəd
Şəkər tozu – 2 stəkan
Soda və ya qabartma tozu - 1 çay qaşığı
Qatıq – 1 stəkan
Yağ – 1 stəkan bitki yağı
Un - lazımi miqdarda, yəni yoğrulduqca əlavə edilir.

Hazırlanması:
Ilk öncə yumurta ilə şəkər tozu yaxşıca qarışdırılır, daha sora qabartma tozu və ya sodanı elə qatığın içərisinə töküb qarışdırmaq və əlavə etmək olar, belə olduqda o daha yaxşı qarışmış və həll olmuş olur. Yağ və un əlavə etdikdən sonra 1 xörək qaşığı ya bal ya da ki ağ gilas mürəbbəsinin şirəsindən əlavə etmək olar, bu isə zövqdən asılıdır, mütləq deyil.

Bütün ərzaqlar yaxşıca qarışdırıldıqdan sonra əllə yumşaq xəmir yoğrulur. Xəmiri 1 saat saxlamaq lazımdır ki, özünə gəlsin. 1 saatdan sonra xəmirdən fiqurlar vasitəsilə müxtəlif formalar və ya sadəcə əllə yumru şəkildə düzəldərək üzərini ayrıca dayaz qabda qoyulmuş şəkər tozu ilə örtdükdən sonra duxovkaya qoyub bişirilir.

Duxovkanı sinisini yağlamaq lazımdır ki xəmir yapışmasın. Çalışmaq lazımdır ki, üst hissəsi də çox bişməsin.

Nuş olsun!
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 7 022
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri