Pryanik tortu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 930
Səs ver:
(səs: 6)
Tərkibi
600 q şokoladlı pryanik
600 q 20-30%-li xama
100 q şəkər pudrası
2 banan
qoz
kokos yonqarı
şokolad

Hazırlanması:
Pryanikləri uzununa iki yerə bölün. Bananları fal-fal doğrayın. Xamanı şəkər pudrası ilə qarışdırın. Qozu bıçaqla doğrayın (çox xırda olmasın). 
Dərin yumru qabın içinə qida plyonkası çəkin, qıraqları sallansın. 
Pryanik parçalarını xamaya batırıb qabın dibinə yığın. Aralarındakı boşluqları pryanik qırıqları ilə doldurun. 
Üzərinə bir lay banan döşəyin. 
Növbəti lay yenə xamaya batırılmış pryaniklərdir. 
Yenidən banan döşəyib üzərinə qoz səpin. 
Sonuncu lay yenə xamaya batırılmış pryaniklərdir. 
Layların sayı çox da ola bilər, hər şey ərzaqdan və formanın ölçüsündən asılıdır.
Başqa meyvə də götürə bilərsiniz. Həmçinin qozu hər layın üzərinə səpə, yaxud ümumiyyətlə qoz işlətməyə bilərsiniz. 
Tortu otaq temperaturunda bir neçə saat saxlayın, sonra isə soyuducuda ən azı 3 saat soyudun. 
Boşqaba tərs çevirib plyonkanı çıxarın. 
Süfrəyə verərkən üzərinə şokoladı sürtgəcdən keçirə, sadəcə kakao səpə, şokoladı əridib çəkə, yaxud  da kokos yonqarı ilə bəzəyə bilərsiniz. 

Nuş olsun!
(səs: 6)
Şərhlər: 7
Baxılıb: 5 930
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri