Crazy cake (Dəlisov piroq) resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 748
Səs ver:
(səs: 5)
Crazy Cake - ("Dəlisov piroq") amerikan piroqudur. Onu defisit vaxtı fikirləşiblər. Sadə tərkibinə rəğmən dadı qeyri-adidir. Tərkibində yağ yoxdur, amma yağlı tortlardan dadına görə heç də geri qalmır.

Tərkibi:
2 st. süd
2 st. un
1,5 st. şəkər tozu
6 x.q. kakao
4 ç.q. qabartma tozu

Krem:
2 st. süd
1 st. şəkər tozu
3 x.q. un
1 yumurta

Hazırlanması:
Un, şəkər tozu, kakao və qabartma tozunu qarışdırın.
İsti südü üzərinə töküb yüngülcə qarışdırın (tam qarışmalıdır).
Formaya töküb 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.

Krem: Südü qaynadın. Yumurtanı şəkər tozu və unla çalın, qarışdıra-qarışdıra qaynar südü əlavə edin, sonra ocağın üstünə qoyun, qarışdırmağı dayandırmadan qatılaşanadək bişirin.
Şokoladlı biskviti 2, yaxud 3 korja bölün, isti kremi aralarına çəkin.
Üzərini zövqünüzə görə bəzəyə bilərsiniz.

Nuş olsun!
(səs: 5)
Şərhlər: 5
Baxılıb: 5 748
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri