Şokoladlı duet tortu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 369
Səs ver:
(səs: 2)
Tərkibi: 
biskvit:

60 q un 
20 q kakao 
60 q şəkər tozu
50 q kərə yağı
3 yumurta
1-2 ç.q. vanilli şəkər tozu

tünd şokoladlı muss: 
150 q şokolad
300 ml 30%-li qaymaq 
2 q jelatin 
1 yumurta
1 yumurtanın sarısı
30 q şəkər tozu

ağ şokoladlı muss: 
150 q ağ şokolad
300 ml 30%-li qaymaq 
4 q jelatin
1 yumurta
1 yumurtanın sarısı
30 q şəkər tozu

Hazırlanması:
26 sm diametrli formanın içinə perqament döşəyib yağlayın. 
Mikserin qabına 3 yumurta, 60 q şəkər tozu, 1 ç.q. vanilli şəkər tozu qoyub mikserin yüksək sürətində ağarıb, həcmi 3 dəfə artanadək çalın.  
60 q unla 20 q kakaonu qarışdırıb çaldığınız yumurta qarışığına iki dəfəyə əlavə edin. Eynicinsli kütlə alınanadək bir istiqamətdə çalın. 
50 q kərə yağını əridin. Xəmirdən 2-3 qaşıq götürüb buraya əlavə edin, qarışdırın, sonra əsas xəmirə əlavə edib səliqəylə qarışdırın.
Xəmiri hazırladığınız formaya tökün. Hamarlayın. 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.
Hazır biskviti sobadan çıxarın, 10 dəqiqə soyuduqdan sonra formadan götürün, şəbəkənin üzərinə çevirib perqamenti çıxarın, bir kənara qoyun. 
Tünd şokoladlı muss: 150 q şokoladı xırdalayıb su hamamında əridin. 300 ml qaymağı çalıb soyuducuya qoyun. 2 q jelatini qablaşdırmasında göstərilən qaydada isladın. Bir yumurta, bir yumurtanın sarısı və 30 q şəkər tozunu başqa qabda qarışdırın. Su hamamında daim qarışdıraraq 57 dərəcə C-dək qızdırın, mikser qabına töküb yüksək sürətdə çalın (yaxşı olar ki, ştativli mikserdən istifadə edəsiniz, yəni mikser sizin dəstəyiniz olmadan çala bilsin). Bu müddətdə jelatini əridin (qaynatmaq olmaz), çalınmaqda olan yumurtalı-şəkərli qarışığa əlavə edin. Təxminən otaq temperaturuna düşənədək çalın. Mikserin sürətini minimumadək azaldıb nazik axınla əritdiyiniz şokoladı əlavə edin. Çaldığınız qaymağı soyuducudan çıxarıb şokoladlı qarışığa üç dəfəyə əlavə edin. 
Kənarı açılan 26 sm diametrli formaya biksvit korjunu qoyun, üzərinə tünd şokoladlı mussu əlavə edib hamarlayın, dondurucuya qoyun.
Ağ şokoladlı mussun hazırlanması qaydası da elə tünd şokoladlıda olduğu kimidir, sadəcə jelatinin qədəri iki dəfə artıqdır.   
Dondurucudakı formanı çıxarıb ağ şokoladlı mussu tünd şokoladlının üzərinə töküb hamarlayın, soyuducuda minimum 10 saat saxlayın. 
Bu müddətdən sonra tortu soyuducudan çıxarıb iti bıçaqla formanın kənarından keçərək tortu ayırın. Sonra formanın kənarını açın (birbaşa açanda tort dağıla bilər). 
Üzərini istədiyiniz kimi bəzəyə bilərsiniz.  Sadəcə kakao tozu da səpmək olar. 

Nuş olsun!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 5 369
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri