Kiyev tortu resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 5 433
Səs ver:
(səs: 2)
Tərkibi: 
korj:

220 q yumurta ağı
55 q + 200 q şəkər tozu
1 ç.q. vanilli şəkər tozu
50 q un
165 q qovrulmuş keşyu
(22 sm diametrli forma üçün)
 
Şarlott kremi:
1 yumurta + 1 yumurtanın sarısı
300 q şəkər tozu
225 q süd
375 q otaq temperaturunda kərə yağı
15 q kakao
1 x.q. vanil cövhəri
 
Hazırlanması: 
Yumurta ağlarını otaq temperaturunda 12 saat (hətta 1 sutka) saxlayın. 
Keşyunu xırdalayın, ələnmiş un və 200 q şəkər tozu ilə qarışdırın. 
Yumurta ağlarını möhkəm çalın, 55 q şəkər tozu və vanilli şəkər əlavə edib bir daha çalın. 
Keşyu-un qarışığını əlavə edib qaşıqla səliqəylə qarışdırın. 
İki formanın içinə perqament döşəyin. Kütləni iki yerə bölüb bu formalara yığın. Hamarlayıb 160 dərəcə qızdırılmış sobada 90 dəqiqə bişirin. Əgər alt-üst bişirirsinizsə, təxminən 60 dəqiqə sonra çıxarıb yerlərini dəyişin və daha 45 dəqiqə bişirin. 
Korjları formanın içində 12-24 saat soyudun. Bu müddət keçəndən sonra korjları formadan çıxarıb kağızdan aralayın. 
 
Şarlott kremi: 
Qalın dibli tavada yumurta, yumurta sarısı və südü qarışdırın. 
Şəkər tozunu əlavə edib ocağın üstünə qoyun. Qaynara düşəndən sonra ocağı azaldın, daim qarışdıraraq 4-5 dəqiqə bişirin. Qatılaşacaq. Bu şərbəti başqa qaba süzün. Üzərinə plyonka çəkib otaq temperaturunadək soyudun. Soyuduqdan sonra vanil cövhəri  əlavə edin. 
Kərə yağını möhkəm, xeyli qabarınca çalın. Çalmağı dayandırmadan şərbəti nazik axınla əlavə edin. Kremin 1/3-ni ayırıb kakao qataraq çalın. 
Korjlardan birini perqamentin üzərinə qoyub üstünə açıq rəngdə kremi çəkin (bir qədərini bəzək üçün saxlayın). İkinci korju qoyun, əlinizlə azca basın. Şokoladlı kremi üzərinə və tortun kənarlarına çəkin (bir qədərini bəzək üçün saxlayın). Tortun kənarlarına keşyu ovuntuğu çəkin. Üzərini ağ və şokoladlı kremlə bəzəyin. Hazır merengidən də istifadə edə bilərsiniz. 

 

 

 

 

 

 

 

 


Nuş olsun!
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 5 433
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri