Limonlu cheesecake resepti

Müəllif: Fialka
Şərhlər: 1
Baxılıb: 6 568
Səs ver:
(səs: 1)
Son günlər "cheesecake” ən çox sevilən şirniyyat növünə çevrilib. Artıq çoxu bol kalorili tort əvəzinə, daha az kalori ehtiva edən bu şirniyyat növünə üstünlük verir.
 
Tərkibi:

2 paket biskvit
50 qram kərə yağı
 
Kremi üçün:
400 qram labne pendiri
400 qram krem
2 ədəd yumurta
1 stəkan şəkər tozu
2 paket vanil
2 xörək qaşığı nişasta
2 xörək qaşığı un
1 ədəd limonun qabığı

Limonlu sous üçün:
2 stəkan su
1 ədəd limonun qabığı və şirəsi
2 xörək qaşığı nişasta
6 xörək qaşığı şəkər tozu
Qida boyası (çay qaşığının ucunda)
 
Hazırlanması:
Biskvitləri əzib toz halına salın. Üzərinə ərinmiş kərə yağını əlavə edin. Bir az yoğurun və keks qabına töküb əlinizlə bərkidin. Daha sonra soyuducuya qoyun.
 
Kremi hazırlamağa başlayın. Labne pendiri ilə kremi qarışdırıb çalın. Üzərinə yumurtanı və şəkər tozunu əlavə edib çırpın. Sonda un, nişasta, sürtgəcdən keçirilmiş limon qabığı və vanil əlavə edin. Yaxşıca qarışdırıb soyuducudan çıxardığınız biskivitli qarışığın üzərinə yayın. Keksi sobaya qoymadan öncə kənarlarını qurğuşun kağızla sarıyın. Bu, keksin qızarmasının qarşısını alacaq.
 
160 dərəcə qızdırılmış sobada 1 saat və ya 1 saat 15 dəqiqə bişirin.
 
Sous üçün lazımlı olan bütün məhsulları bir qazana töküb bişirin. Sous soyuduqdan sonra keksin üzərinə yayıb 1 gecə soyuducuda saxlayın.
 
"Cheesecake”in üzərini arzuladığınız şəkildə bəzəyə bilərsiniz.
 
Nuş olsun!
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 6 568
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri