Narlı tart resepti

Müəllif: ulduz
Şərhlər: 6
Baxılıb: 3 928
Səs ver:
(səs: 2)
Tərkibi:
Xəmiri Üçün;

1 su stəkanı pudra şəkəri
1 ədəd yumurta sarısı
3 yemək qaşığı marqarin və ya kərə yağı
Aldığı qədər un

Kremi üçün;
2 su stəkanı süd
2 yemək qaşığı un və ya nişasta
1 qəhvə fincanı  şəkər
1 paket vanil
1 yemək qaşığı marqarin

Üstü Üçün;
Nar dənələri
1 yemək qaşığı pudra şəkəri
3 yemək qaşığı su
1 yemək qaşığı nişasta

Hazırlanması:
Un, pudra şəkəri, marqarin və yumurtayı ələ yapışmayacaq şəkildə bir xəmir yoğuraq.  soyuducuda 25 dq saxlayaq. Bu arada kremi edək. Süd, un və şəkəri bir qazana götürüb  çırparaq qaynayana qədər bişirək. Ocağı bağlayıb içinə 1 qaşıq marqarini və vanil əlavə edərək soyumağa buraxaq. Üstü üçün şəkəri, suyu və nişastayı bir tavaya alıb qarışdıraq. Qatılaşınca nar dənələrini əlavə edib ocağı bağlayaq. Tart xəmirini  çıxarıb oxleylə yumru şəkildə açaq. Tart xəmirini  yağlı kağız sərilmiş və ya yağlanıp unlanmış qəlibə yerləşdirək. 175 dərəcə sobada 25 - 30 dq bişirək. Bişirdikdən sonra hazırladığımız kremi  içinə tökək. Nar dənələrini də üzərinə töktükdən sonra süfrəyə verə  bilərsiniz.
 
Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 928
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri