Şorqoğal resepti - FOTO RESEPT

Müəllif: NoName
Şərhlər: 17
Baxılıb: 1897
Paylaş:
Səs ver:
(səs: 3)
Tərkibi (16 -18 ədəd üçün):
Xəmir üçün:

1 paket (2 1/4 ç.q.) toz maya
1 stəkan ilıq su
6 stəkan un + xəmir yoğurmaq üçün də əlavə
2 çay qaşığı duz
1 stəkan süd - otaq hərarətində
1 yumurta
200 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı

İç üçün:
2 x.q. cirə
2 x.q. razyana
0,5 ç.q. sarıkök
1 ç.q. duz
bir çay qaşığının 1/4-i qədər istiot
2 stəkan un
115 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı

Yağlamaq üçün:
500 q əridilmiş yağ

Üstü üçün:
2 yumurta sarısı
1 x.q. xaş-xaş

Hazırlanması:
Əvvəlcə xəmir hazırlanır. Balaca bir kasada mayanı ilıq suda həll edib təxminən 10 dəqiqə köpüklənməsi üçün gözləyin.Unu iri qaba ələyin, üzərinə duz əlavə edib qarışdırın. Ortasında bir çökək açıb maya qarışığı, süd, yumurta və yağı əlavə edin. Əlinizlə bunları qarışdırın. Xəmiri unlanmış taxta (və ya masada) yumşaq və elastik olana kimi, 10 dəqiqə yoğurun. Xəmir çox bərk olmamalıdır. Əgər xəmir hələ də əlinizə yapışırsa, onda bir az da un əlavə edib yoğurun. Xəmiri iri qaba qoyub üzərini dəsmal ilə örtüb gəlməsi üçün isti yerə qoyun, təxminən bir saat yarımlıq.
Şorqoğal resepti - FOTO RESEPT


Bu müddətdə içi hazırlayın. Cirə və razyana toxumunu 2 dəq. ətri çıxana qədər qovurun (qovurmaq onların ətrini və dadını artıracaq, amma bu o qədər də vacib deyil - onları olduğu kimi də istifadə edə bilərsiz).
Şorqoğal resepti - FOTO RESEPT


Ədvaları həvəngdə döyün. Bir qabda yağdan başqa iç üçün nəzərdə tutulan bütün ərzaqları qarışdırın. Əridilmiş yağı buraya əlavə edib əlinizlə narın umac olana kimi ovxalayın. İç hazırdır. Onu bir kənara qoyun.
Şorqoğal resepti - FOTO RESEPT


Gələn xəmiri yağlamaq üçün yağı hazırlayın - yağı əridin,duz əlavə edib kənara qoyun.

2 iri soba sinisini hazırlayıb kənara qoyun.

Xəmiri kündələyib 9 bərabər hissəyə ayırın. Hər hissəni kündələyin.

Bir az un səpilmiş taxtada bir kündəni 50 sm-lik dairə alınanadək yayın.

Yaydıqca arada un səpin ki, xəmir oxlova yapışmasın,yaymaq rahat olsun. Sonra yuxanı oxlov vasitəsilə kənara qoyun.

4 x.q. yağı yuxanın üstünə çiləyib əlinizlə yayın. Qalan kündələri də bu cür yayıb, üst-üstə yığın. Sonuncudan başqa, hamısını yağlayın (hər sonrakı kündəni daha kiçik açıb ondan əvvəlkinin üstünə yerləşdirib, kənarlarından çəkə bilərsiniz ki, altdakı yuxanın üstünə tam otursun). İndi isə ehtiyatla, lay-lay xəmirin kənarlardan tutub diametri 60 sm olana kimi dartın.

İti bıçaqla, xəmirdən 5 sm enində zolaqlar kəsin, sonra isə zolaqları 30 sm uzunluğunda düzbucaqlı şəridlərə kəsin. Dairənin qısa tərəflərini kəsməyin. Düzbucağın qısa tərəfindən başlayaraq onu rulet şəklində bükməyə başlayın, daha sonra isə içini aşağıda izah edilən iki üsuldan birini istifadə edərək doldurun.
Şorqoğal resepti - FOTO RESEPT


1-ci üsul: ruletin bir ucunu büzüb bağlayın, digər ucu açıq qalsın. Barmağınızla ruletin açıq qalan tərəfini oyun. İçi boş konus alınmalıdır.

2-ci üsul (bu üsul xəmiri daha da qat-qat edir): Ruleti əlinizdə hər iki tərəfindən tutaraq 3 dəfə burun (paltar sıxan kimi). Sonra əlinizlə basıb yastılayın. Yastıladığınız kökənin içində oyuq açın (göbələyin papağına oxşar).

Oyuğun içinə bir x.q. yarım içdən doldurun. Kökənin uclarını bir yerə gətirib bağlayın. Kökəni əlinizlə diametri 10 sm olanadək yastıladın.
Şorqoğal resepti - FOTO RESEPT


Qoğalları bir-birindən aralı vəziyyətdə sinilərə düzün.

Əvvəlcədən sobanı 180 dərəcəyədək qızdırın.

Qoğalların mərkəzində barmağınızla dayaz boşluq açıb oraya bir çimdik iç qoyun. Qoğalların üstünə yumurtanın sarısını çəkin və xaşxaş səpin. 40 dəqiqə ərzində və yaxud üstləri qızaranadək bişirin (20 dəqiqə bişdikdən sonra sinilərin yerlərini dəyişin). Qoğal soyuduqdan sonra süfrəyə verin.

Nuş olsun!

loading...
(səs: 3)
Şərhlər: 17
Baxılıb: 1897
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Dosta_inam
Bəh bəh, indi bunu yemədən necə durasan, çox könlümə düşüb, gərək arada biçirim. nyam.
13 mart 2016 19:09
17
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
tatyana
Hazirlanmasini mende o cur edirem amma bunun resepti menimkinden ferqlidir
12 mart 2016 23:33
16
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
Fialka
Şorqoğal hazırlayıram bu formada amma görünüşünü o qədər də bəyənmədim) ən çox qat - qat soyulmasından xoşum gəlir)..
12 mart 2016 16:53
15
Offline
vipbetul
bayram sirniyyatlarini xoslamiram
12 mart 2016 16:51
14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
___Jasmin___
gozel dadi var 127
12 mart 2016 13:28
13


Aşk elbisesi en güzel sende duruyor ama ne acı terzin ben değilim
Offline
qanadli melek
Hazirlanmasi cetindi novruzda biwirecem
12 mart 2016 12:31
12
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Black_Star
-Mende yaman xoshluyuram nyam Mektebimizin yaninda bishirib satirlar Hacioglu.... ordan aliram 01
12 mart 2016 12:23
11
-Çevrəm çox genişdi đeyenłere səslərinirem:
10dənə 10 manatda 100edir
2dənə 50 manatda 02
Offline
Zinyet
Ayyy men bu yaxinlar ele ureyime duwub ki wor gogal inwalah novruzu sebirizlikle gozleryirem bieirecem mutleg
12 mart 2016 12:17
10
Offline
lale.veliyeva19
çox sevirəm şorğolanını resept superdi əllərinizə sağlıq
12 mart 2016 10:42
9
Offline
ɢüмüş
Sorqogalini coxxxxxxxxx sevirem. Ozum bisirmemisem hec. Bir bisiren var qonsuluqda hemise ondan satin aliram. Cox gozel bisirir. Tam qizarmis,xirt-xirt olanini daha cix sevirem.
12 mart 2016 10:36
8
Offline
ulduz
COX SEVİREM HMMMMMM ......BUTUN RESEPTLERDE BUNDA OLDUGU KİMİ NECE ƏDƏD OLDUGU YAZİLSA YAZİLAN ƏRZAQLARLA ƏSLİNDƏ YAXSİ OLAR
12 mart 2016 10:33
7
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
Leylas
Sorgogali mmmm.. Cox sevirem...
12 mart 2016 10:20
6
Offline
BARBI
Cox sevdiyim reseptdir. Hazirlanma qaydasi olduqca cetindir.
12 mart 2016 10:06
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
ilk nur
Icliyi wirin olanda xowlayiram bezileri duzdu edir duzlunu hec sevmirem
12 mart 2016 10:02
4
Offline
arzum-aysum
qoğali cox xoşlayıram, amma icliyi sadəcə ortasina qoyanda sevmirəm, ele bir adi çörək yeyirsən, ortasında bir damcı iclik. men həmişə anamin resepti ile bişirirəm, icliyi açdığım yuxnin her yerinə səpirem, ele coxxxx dadli olur
12 mart 2016 09:51
3
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
Totu
Xowlamiram worqogali
12 mart 2016 09:41
2
Offline
Fidan ALYEVA
Gornuwu bir az ferqlidir amma pis deyil
12 mart 2016 07:30
1
.O.F.S.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv