Fanki ponçikləri resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 4 559
Səs ver:
(səs: 4)
Tərkibi (8-10 pay):
250 ml süd
50 q yaş maya
3 x.q. şəkər tozu
500 q un
1 çimdik duz
1 x.q. vanilli şəkər tozu
5 yumurta
4 x.q. kərə yağı
2 x.q. spirt 
mürəbbə
 
Hazırlanması:
İlıq süddə xırdalanmış mayanı, 1 x.q. un və 1 x.q. şəkər tozunu qarışdırın.  Sonra bu qarışığın olduğu qabı başqa, içi qaynar su ilə dolu qaba qoyun (su içinə axmasın). Barata qalxanadək başqa  işləri görmək olar. 

1 bütöv yumurta və 4 yumurtanın sarısını 2 x.q. şəkər tozu ilə mikserlə möhkəm köpüklənincə çalın. 

Unu ləyənə ələyin, duzla vanilli şəkər qatın. Baratanı əlavə edib qarışdırın. Sonra çaldığınız yumurtaları əlavə edib yenə qarışdırın. Yağı əridib soyudun, spirtlə qarışdırıb əlavə edin, əlinizdən qopanadək xəmiri yoğurun.  Əgər xəmirin çox bərk olduğunu hiss etsəniz, o zaman 2-4 x.q. isti süd əlavə edin. 

Xəmiri kündələyib ləyənə qoyun, üzərinə dəsmal çəkib şişməsi üçün isti yerə qoyun. 

Şişəndən sonra masanın üstündə ətləyin, 0,5 sm qalınlıqda oxlovla yayın. Dairlərə kəsib, yanaşı düzün. 10 dəqiqə saxlayın. 

Enli tavada bitki yağını qızdırın (yağı tavaya iki barmaq qalınlıqda tökün). Ocağı azaldın. Bir neçə fankini qoyub əvvəl bir, sonra digər üzünü qızardın. Ocağı artırmaq lazım deyil. Vam odda fankilərin içi yaxşı bişir. Bişmiş fankiləri kağız salfetin üstünə düzüb yağını çəkməsini gözləyin.  

Konditer şprisinə mürəbbə doldurub fankilərin içinə azca yeridin. Üzərinə isə şəkər pudrası səpin. 

 

 

 

 

 

 


Nuş olsun!
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 4 559
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri