Bananlı-ananaslı tort resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 3 073
Səs ver:
(səs: 3)
Tərkibi: 
270 q un
1 x.q. qabartma tozu
150 q şəkər tozu
1 paket vanilli şəkər tozu
1 çimdik darçın
60 q qoz
2 banan
160 q ananas konservi
60 ananas şirəsi (konservin siropu)
2 yumurta
160 ml bitki yağı
1 çimdik duz
 
krem:
300 q yağlı qaymaq
şəkər pudrası (zövqə görə)
1 çimdik darçın
 
bəzək:
150 q araxis
200 q şəkər tozu

(32 x 22 sm ölçüdə düzbucaqlı forma üçün)
 
Hazırlanması:
Ələnmiş unu qabartma tozu, darçın, duz, şəkər tozu və vanilli şəkər ilə qarışdırın.  Qozu, ananas və bananı bıçaqla xırda doğrayın. 

Yumurtaları bitki yağı ilə şişənədək, mikserlə təxminən 7-10 dəqiqə çalın. 

Bunu un qarışığına qatın, qozla meyvələri əlavə edin, ananas şirəsini də qatıb qaşıqla eynicinsli kütlə alınanadək qarışdırın. Əgər xəmir çox qatı alınarsa, bir qədər də ananas şirəsi əlavə edin. 

Formaya perqament döşəyin. Xəmiri töküb hamarlayın. 180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Bişməyə 10 dəqiqə qalmış yanmaması üçün üzərinə folqa çəkə bilərsiniz. 

Korju formada bir qədər soyutduqdan sonra çıxarıb şəbəkənin üzərinə qoyun. Tam soyuyandan sonra iki korja bölün. 
Krem üçün  qaymağı şəkər pudrası və darçınla çalın. Şəkər pudrasını zövqə görə qata bilərsiniz. Amma unutmayın ki, bəzək üçün araxis karamellə olacaq. Yəni çox şirin alına bilər. 

Korjların arasına krem çəkib üst-üstə qoyun, tortun kənarlarına və üstünə də krem çəkin. 

Araxisləri quru tavada yüngül qovurun (çox qovurmayın, şəkər karamel olunca yana bilər). Şəkər tozu tökün, ocağı azaldın, şəkər tozu əriyib karamelə dönənədək bişirin.

Aradabir qarışdırın. Perqamentin üzərinə yayıb soyudun. Sonra tortun üzərini bəzəyin. 

 

 

 

 

 

 

 

 

Nuş olsun!
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 3 073
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri