Oreo peçenyesi resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 406
Səs ver:
(səs: 3)
Tərkibi (30-40 ədəd):
Xəmir üçün:

180 q un
50 q kakao (maksimal dərəcədə tünd)
1 ç.q. soda
1/4 ç.q. qabartma tozu
200 q şəkər pudrası
1 yumurta
140 q kərə yağı

Krem üçün:
80 q kərə yağı
150 q şəkər pudrası
100 ml yağlı qaymaq
vanil

Hazırlanması:
Un və kakaonu birlikdə ələyin, soda və qabartma tozu ilə qarışdırın. Otaq temperaturunda olan yağı əvvəl tək, sonra şəkər pudrasını tədricən əlavə edərək çalın. Rəngi ağarıb həcmi artmalıdır. Yumurta əlavə edib çalın, kakaolu unu qatın. Xəmir ələ çox yapışan olmamalıdır. Xəmiri 3-4 yerə bölüb soyuducuda 20 dəqiqə saxlayın.

Sobanı 180 dərəcə qızdırın. Kündələri bir-bir soyuducudan çıxararaq yayın, dairələr kəsib perqament döşənmiş siniyə düzün, sobada 10 dəqiqə bişirin.

Krem: yağı ağarınca çalın. Sonra şəkər pudrası əlavə edib çalın (yaxşı olar ki, stasionar mikserlə çalasınız, siz qaymağı qızdıranadək mikser çalmağı dayandırmasın). Qaymağı 40 dərəcəyədək qızdırın, nazik axınla yağla şəkər pudrasına əlavə edin. Təxminən 8 dəqiqəyə eynicinsli krem alınacaq (şəkər pudrasını qaymaqda əridib də çalınmış yağla qarışdırmaq olar, belə daha asan olur). Sonda vanil əldə edin.

Peçenyeləri aralarına krem çəkməklə birləşdirin. Sonra peçenyeləri soyuducuda bir qədər saxlayın.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 4 406
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri