Tərkibi:
3 su stəkanı un
1 paket marqarin
Bir yarım su stəkanı pudra şəkəri
1 ədəd yumurta ağı
Yarım paket vanil
1 paket bitter şokolad (80 qram)
Bəzəmək üçün:
3 xörək qaşığı hazır şokolad sousu
Hazırlanması:
Un,
marqarin, pudra şəkəri, yumurta ağı və vanili qarışdırıb yoğurun.
Hazırladığınız xəmiri nəmli bir bezə bükərək 15 dəqiqə gözlədin. Daha
sonra xəmiri bir oxlov ilə yarım santimetr qalınlığında açın. Bir stəkan
ağızı ilə xəmirdən yumru parçalar kəsin. Şokoladı bir bıçaqla kiçik
parçalara ayırın. Xəmirdən kəsdiyiniz parçaların ortasına, şokolad
parçalarından bir neçə dənə qoyub kənarlarını bağlanın. Bir soba qabına
yağlı kağız yayıb peçenyeləri üzərinə düzün. Əvvəldən isidilmiş 180
dərəcə sobada 15 dəqiqə bişirin. Sobadan çıxardıqdan sonra servis qabına
qoyub soyudun və üzərlərinə şokolad sousu gəzdirib servis edin.