Diyetik peçenye resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 6 364
Səs ver:
(səs: 0)
Tərkibi:
1 ədəd yumurta
1 xörək qaşığı bal
1 xörək qaşığı qatıq
1 çay qaşığı qabartma tozu
2 su stəkanı kəpək
1 su stəkanı un
2 ədəd quru əncir
3 ədəd quru ərik
Yarım stəkan alma qurusu

Hazırlanması:
Bir qabda yumurta, bal və qatığı çırpın. Ardından qabartma tozunu, kəpək və unu qarışdırın. İncə doğranmış əncir və ərikləri, alma qurularını xəmirə əlavə edin. Əllərinizi yüngülcə isladaraq xəmirdən qozdan bir az kiçik parçalar qoparın və simit şəkli yumrulayın. Hazırladığınız peçenyeləri yağlı kağızla örtdüyünüz nimçəyə düzün. Əvvəldən isidilmiş 180 dərəcə sobada 20-25 dəqiqə bişirin. Peçenyeləri sobadan çıxarıb istər ilıq istər soyuq olaraq servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 6 364
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri