Duzlu çay peçenyesi resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 489
Səs ver:
(səs: 2)
Tərkibi:
100 qr marqarin (otaq istiliyində yumşalmış)
1 ədəd yumurta
4 xörək qaşığı pendir (rəndələnilmiş)
1 paket qabartma tozu
2 su stəkanı un
1 çay qaşığı duz
1 çay qaşığı istiot

Hazırlanması:
Hər zamankı kimi bir xəmir yoğurma qabını önümüzə agötürüb, bütün vəsaitlərimizi də hazır edək. İndi otaq istiliyində yumşalmış marqarini və yumurtanı əlimizlə yoğurmağa başlayaq. Sonra üzərinə rəndələnilmiş pendiri, duz, istiot, qabartma tozu və unu əlavə edərək yaxşıca yoğuraq. Əgər edə bilsəniz yüngül unlu bir yerdə oxlovla yarım santimetr qalınlığında, yəni bir ortalı dəftər qalınlığında açın. Sonra çay stəkanı ağızıyla kəsərək yumru forma verək.Sobamızı 175 dərəcəyə nizamlayıb, əvvəldən istilədək. Soba nimçəmizi yaxşıca, yumşaq bir marqarinlə yağlayaq və biskvitlərimizi aralı olaraq düzək. Üzərləri yüngül sarı-qəhvərəngi olana qədər bişirək. Biskvitlərimiz bişdikdən dərhal sonra sobadan çıxaraq.
Soyuyandan sonra servisə təqdim edək.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 489
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri