Ən dadlı tiramisu tortu resepti

Şərhlər: 6
Baxılıb: 3 021
Səs ver:
(səs: 1)
Bu asan başa gələn tortun bircə çatışmayan cəhəti var - gərək onu bişirənin mətbəx tərəzisi olsun. 

Tərkibi: 
şərbət: 

100 ml təzə dəmlənmiş qəhvə
20-50 q şəkər tozu (qəhvəyi də olar)
20-40 q amaretto (zövqə görə)

qəhvəli biskvit: 
92 q yumurta sarısı
115 q un
138 q yumurta ağı
115 q şəkər tozu
9 q qəhvə (tezəriyən) + 30 ml təzə dəmlənmiş qəhvə 

maskarpone mussu:
185 q qaymaq 
45 ml tünd qəhvə 
92 q şəkər tozu
3 yumurtanın sarısı
375 q maskarpone
40 q tünd şokolad 

bəzək: 
30 q şirin olmayan kakao tozu
20x20 sm-lik formalar üçün 

Şərbət: 
Qəhvə bişirib şəkər tozu və amaretto əlavə edin.

Hazırlanması:
Qəhvəli biskvit: 
Sobanı 180 dərəcə qızdırın. Qəhvə bişirib 30 ml-ni ayırın, buraya 9 q tezəriyən qəhvə əlavə edin. Yaxşıca qarışdırıb soyudun. Yumurta sarılarını çəngəllə yüngülcə çalın. 
Unu ələyin.
Yumurta ağlarını köpüklənincə çalın, az-az şəkər tozu əlavə edib qatılaşanadək çalın. Yumurta sarılarını səliqəylə əlavə edib rəngi ağarıb həcmi artıb qatılaşanadək çalın. 
İçinə tezəriyən qəhvə qatdığınız dəmləməni əlavə edib qaşıqla səliqəylə qarışdırın, ələnmiş unu qatın, yenə qaşıqla qarışdırın.  
Xəmiri iki yerə bölüb formalara tökün, 10-15 dəqiqə bişirin. 
Biskviti tam soyudun. Sonra formaların içiylə bir kəsin (20x20 sm). 

Maskarpone mussu: 
Yumurta sarılarını şəkər tozu ilə yüngülcə çalın. 45 ml qaynar qəhvəni nazik axında əlavə edin, qarışdırıb su hamamına qoyun, qatılaşınca bişirin. Qaynatmaq olmaz! 
Soyudun. 
Maskarponeni çalıb bişirdiyiniz kremi 2-3 dəfəyə əlavə edib, qatılaşanadək mikserin orta sürətində çalın (çox çalmaq olmaz). 
Qaymağı ayrı qabda möhkəm çalın. 2 dəfəyə maskarponeli kremə əlavə edib qaşıqla qarışdırın. 

Tortun yığımı: 
Formanın içinə plyonka döşəyin. Birinci biskviti qoyun. Qəhvəli şərbət hopdurun. 
Maskarponeli mussun yarısını üzərinə çəkin. Hamarlayıb xırdalanmış tünd şokolad səpin. 
İkinci biskvitə də şərbət hopdurub bunun üzərinə yerləşdirin. Maskarpone mussunun qalanını çəkib hamarlayın, yaxud da konditer şprisi ilə bəzəyin. 
Bir gecə soyuducuda saxlayın. 
Süfrəyə verməzdən əvvəl üzərinə xırda gözlü ələkdən kakao tozu səpin. 

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 021
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri