Soçi pavlavası resepti

Müəllif: Fi-Ra
Şərhlər: 7
Baxılıb: 6 665
Səs ver:
(səs: 2)
Tərkibi:
Xəmiri üçün:

Un - 500 q
Kərə yağı - 250 q
Xama - 200 q
Şəkər tozu - 110 q
3 yumurta sarısı
Vanil - 5 q
Soda - 1 çay qaşığı
Sirkə - 1 xörək qaşığı

İçlik üçün: 
500 qram üyüdülmüş qoz ləpəsi
200 qram şəkər tozu
3 yumurta ağı

Hazırlanması: 
İçlik üçün olan inqredientləri qarişdırıb içlik hazırlayırıq. Xəmir isə normal paxlava xəmiri kimi yoğrulur. Alınan xəmir 3 hissəyə bölünür. Daha sonra kündələr düzbucaqlı tavaya uygun formada açılır. Kündələr normal pavlava xəmirindən qalın olmalıdır. Açdığımız xəmiri düzbucaqlı formada olan tavaya səririk. Üzərinə hazırladığımız işlikdən əlavə edirik. İkinci xəmiri də belə davam etdiririk. Axırıncı kündəni açıb bunun üzərinə səririk. Üzünə yumurta vurub kvadrat formasında kəsirik. Kvadratların üzərimə qoz və ya fındıq ləpəsi qoyuruq. 200 dərəcədə 15 dəqiqə bişiririk. Asan hazırlandığı üçün bu paxlava Asan paxlava da adlanır. Bişdikdən sonra süfrəyə verin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 6 665
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri