Misir fətiri resepti

Müəllif: ulduz
Şərhlər: 6
Baxılıb: 3 341
Səs ver:
(səs: 3)
Tərkibi (4-6 pay):
xəmir:

1 st. süd
1 yumurta
2,5-3 st. un
250 q yağ
duz
0,5 ç.q. maya

krem:
1 yumurta
1 st. şəkər tozu
3 x.q. nişasta
2 st. süd
1 paket vanilli şəkər tozu (5 q)

Hazırlanması:
Krem: Yumurtanı şəkər tozu və nişasta ilə ağ, qatı kütlə alınanadək çalın. İsit süd əlavə edib qarışdırın, ocağın üstünə qoyub daim qarışdıraraq qaynara düşüb qatılaşanadək bişirin.

Xəmir: İlıq süddə mayanı əridin, yumurta, duz, un əlavə edib yumşaq xəmir yoğurun. 2 yerə bölün. Hər birini yayıb üzərinə yumşalmış yağ çəkin. Öncə rulet, sonra spiral kimi bükün. Çalışın 250 q yağın hamısını xəmirin üzərinə çəkəsiniz (bünün üçün onu əritmək yox, sadəcə otaq temperaturunadək yumşaltmaq lazımdır). Əks halda qatları bilinmir.

Hər spiralı ayrılıqda qida plyonkasına büküb soyuducuda 2-4 saat saxlayın.

Bu müddət ötəndən sonra xəmiri çıxarın. Yenidən yoğurmaq lazım deyil. Olduğu kimi ayrı-ayrılıqda 2-3 mm qalınlıqda yayın.

Xəmirin birini yağlanmış siniyə yayın. Üzərinə kremi çəkib hamarlayın. İkinci xəmiri bir az enli yayın ki, kənarını altına qatlamaq olsun. Onu kremin üstündən qoyub kənarlarını alt tərəfinə qatlayın (kənarlardan içəriyə 2 sm).

Üzərini bir neçə yerdən çəngəllə deşin. Yumurta sarısını azca südlə çalıb üzərinə çəkin.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə, üzəri qızaranadək bişirin. Bir qədər soyuduqdan sonra üzərinə şəkər pudrası səpə bilərsiniz.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 3 341
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri