Alamalı peçenyelər resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 9
Baxılıb: 7 093
Səs ver:
(səs: 5)
Tərkibi:
150 qram kərə yağı (otaq istiliyində yumşalmış)
1 çay (armudu) stəkanı toz şəkər
1 çay (armudu) stəkanı duru yağ
1 çay (armudu) stəkanı qatıq
1 yumurta
4 stəkana yaxın un
1 çay qaşığı qabartma tozu
1 şirin qaşığı vanil

İçlik:
4-5 ədəd alma
1,5 çay (armudu) stəkanı toz şəkər
1 şirin qaşığı darçın
1 stəkan çəkilmiş qoz


Hazırlanması:
Əvvəl iç vəsaitini hazırlayın. Almaları rəndələyin. Şəkərlə birlikdə tavada orta atəşdə, tez-tez qarışdıraraq suyunu çəkənə qədər bişirin. Ocaqdan götürdükdən sonra darçın və qozu əlavə edib qarışdırın. Soyumağa buraxın.
Yumşalmış kərə yağı və şəkəri mikserlə 2-3 dəqiqə qədər çalın. Duru yağ, yumurta və qatığı sırayla əlavə edib çalmağa davam edin. Vəsaitlər tamamilə qarşana qədər çalın. Qabartma tozunu əlavə edin. Unu stəkan stəkan əlavə edib yumşaq bir xəmir yoğurun.
Xəmiri şəkildə izah edilən kimi iki paketin arasında yayın. Kvadrat peçenye qəlibiylə kəsini və. Düzbucaqlı da edilə bilər. Hətta düzbucaqlı şəkli bükmək daha asan olar.
Kənarlardan bir az yer qoyaraq 4 kəsik atın. Kəsiklərin arasında 1 sm boşluq olsun. Kəsiklərin üzərinə çaprazlamasına iç vəsaitindən qoyun.
Qarşılıqlı iki ucu çəpinə iç vəsaitinin üzərinə bağlanın və tərs tərəfinə çevirin. Yüngülcə əyərək ay şəkli verin.
Yağlanılmamış soba nimçəsinə aralı aralı düzün. Əvvəldən isidilmiş 170 dərəcəlik sobada yüngül çəhrayı rəng olana qədər bişirin.
Sobadan çıxardıqdan 10 dəqiqə sonra pudra şəkəri ələyin. (Çox istiykən ələsəniz şəkər üzərində dərhal əriyir və daha çox şəkər səpmək məcburiyyətində qalırsınız)




Nuş olsun!
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 7 093
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri