Portuqalların qaymaqlı pirojnaları resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 139
Səs ver:
(səs: 1)
Tərkibi (15 ədəd): 
450 q hazır qat-qat xəmir 

krem: 
500 ml 35%-li qaymaq 
200 q şəkər tozu
8 yumurtanın sarısı 
2 x.q. un 
1 limonun nazik soyulmuş qabığı
şəkər pudrası, yaxud darçın tozu

Hazırlanması:
Krem üçün olan ərzağı tavada qarışdırın, orta itilikli ocağın üstünə qoyun. Daim qarışdıraraq qaynayıb qatılaşanadək bişirin.  Ocaqdan götürün, başqa bir qaba süzün (limon qabığını çıxarın). Üzərinə qida plyonkası çəkin (lap yapışanadək), otaq temperaturunda ilıqdan bir az isti olanadək soyudun.  
Qat-qat xəmiri nazik yayın. Formaların içinə yerləşəcək diametrdə dairələr kəsin. Keks formaları da yarayar. Əvvəlcədən yağlamaq gərək deyil. Xəmiri içinə qoyub kənarlarını qaldırın. Çəngəllə dibini deşin. 
Sobanı 260 dərəcə  qızdırın. Soyumuş kremi xəmirin üzərinə paylaşdırın. 15 dəqiqə, açıq-qızılı rəng alanadək bişirin. 
Bişmiş pirojnaları soyudun, sonra bıçağın köməyilə formalardan çıxarın. Süfrəyə verərkən üzərinə şəkər pudrası, yaxud darçın tozu səpin. 
 
Nuş olsuun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 139
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri