Şokoladlı albalı ilə kalfuti resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 2 894
Səs ver:
(səs: 2)
Kalfuti- məşhur fransız desertidir.  Piroq, pudinq və zapenkakanın ortasında bir ləzzətdir. Klassik hazırlanma qaydasında  vişnə dənələri duru xəmirə əlavə olunur və bişirilir. Həmçinin armudlu, gavalılı, ərikli və s. növləri mövcuddur. Bu meyvələrlə hazırlayanda meyveleri vişnə böyüklüyündə doğramaq lazımdır.
Şokoladlı albalı ilə olan bu resept asan başa gələn və çox ərzaq tələb etməyən reseptdir. Desert zərif, şokoladlı və dadlı alınır.
 
Tərkibi:
Albalı – 1 stəkan
Süd – 300 ml
Yumurta – 3 ədəd
Un – 80 qr
Şəkər – 120 qr
Kakao – 50 qr
Kərə yağı – 1 ç/q
Şəkər pudrası – 2 ç/q
Limon sedrası
 
Hazırlanması:
Limon sedrasına yumurtaları əlavə edib qarışdırın. Sonra qalan ərzaqları – kakao, un və südü əlavə edib mikser ilə yaxşıca çalın. Qatı xəmir alınacaq, daha çox çalmayın
Böyük olmayan formanı  kərə yağı ilə yağlayıb albalıları düzün. Əgər dondurulmuş meyvə istifadə edəcəksinizsə donunun açılmasını gözləyin və suyunu süzün.  Səliqə ilə qarışımı formaya əlavə edin. 180C dərəcə qızdırılmış sobada  45-50 dəqiqə bişirin.
Bişib bişməddiyini çöp vasitəsi ilə yoxlaya bilərsiniz. Kalfutiyə batırdığınız çöp təmiz çıxmalıdır. Formada bir az soyuduqdan sonra formadan çıxarın. Üzərinə şəkər pudrası səpin və zövqə görə meyvələrlə bəzəyin.







Nuş olsun!
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 894
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri