Qarağatlı çələnglər resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 4 802
Səs ver:
(səs: 4)
Tərkibi:
Xəmir üçün:

500 qr un
25 qr maya
¾ süd
2 ədəd yumurta
2 x/q şəkər
60 qr kərə yağı
0,5 ç/q duz
 
İçlik üçün:
1,5 stəkan qırmızı qarağat
0,5 st. Şəkər
1,5 ç/q portağal qabığı
 
Hazırlanması:
İlk öncə mayanı 0,5 st iləq süd ilə qarışdırırıq, unun yarısını əlavə edib qarışdırıb isti yerdə 1-2 saat acıması üçün saxlayırıq.
Acıyan xəmirə qalan ilıq südü, şəkər ilə çalınmış yumurtanı, duzu, qalan unu əlavə edib qarışdırırıq və sonra  yumşalmış kərə yağını yavaş-yavaş əlavə edirik. Ələ yapışmayan xəmir yoğururuq. Üzərini streç film ilə örtüb iki saat soyuducuya qoyuruq.
İçliyi hazırlamaq üçün qarağatı blenderdə xırdalayırıq. Sonra şəkər və portağal qabığı ilə qatılaşana qədər bişiririk.
Xəmiri soyuducudan çıxarıb un səpərək  təxminən 60*30 sm ölçüdə dördkünc şəkildə yayırıq. İçliyi üzərinə bərabər şəkildə yayırıq.  Sonra şəkildə göstərilən kimi qatlayıb üzərindən  yüngülcə oxlov ilə basıb  eni təxminən 3 sm olmaqla hissələrə kəsirik.  Hər hissəni ayrı-ayrılıqda halqa şəklində büküb kənarlarını yaxşıca bitişdiririk. Soba nimçəsinə düzüb 200C dərəcədə qızılı rəng olana qədər bişiririk. Hazır olan şirniyyatın üzərini şəkər pudrası və ya qlazur ilə bəzəyə bilərsiz.
 











Nuş olsun!
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 4 802
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri