Rəngli güllə cupcake resepti

Şərhlər: 6
Baxılıb: 8 526
Səs ver:
(səs: 1)
Tərkibi:
4 yumurta
1 su s. Toz şəkər
1 su s. Süd
1 su s. Duru yağ
1 su s. Toz fındıq
2 şorba q. Kakao
1 pk. Vanil
1 pk. Qabartma tozu
Ustasından un ölçüsü

ÜZƏRİ ÜÇÜN:
1 pk. Köpükləndirilmiş şəndi
Qida boyası

Hazırlanması:
Yumurtaları qarışdırma qabına qırırıq. Şəkər tozu əlavə edirik və mikserlə yaxşıca köpüklənən qədər çalırıq. Duru yağı və südü töküb çalırıq. Toz fındığı, kakao, vanili və qabartma tozunu qoyub çalırıq. 7 xörək qaşığı ilə un qoyuruq və mikserlə qarışdırırıq.

Kağız muffin qablarını muffin xonçasına duzuruk. İçlərinə hazırladığımız tort xərcini bölüşdürürük. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk. Köpükləndirilmiş krem şantiyi ikiyə bölürük. Bir dənəsinə çəhrayı, bir dənəsinə yaşıl qida boyası qoyub qarışdırırıq. İki krem şantiyi iki ayrı krem şəndi torbasına doldururuq. Tortlar bişib soyuyanda iki rəng şantiyle tortun üzərini bəzəyərək xidmət edirik.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 8 526
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri