Hörüklü alma piroqu resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 3 716
Səs ver:
(səs: 4)
Tərkibi (10 pay):
600 q un
4 x.q. şəkər tozu
1 ç.q. darçın
1 çimdik duz
20 q təzə maya
200 ml süd
2 yumurta
2 x.q. bitki yağı
4 alma
0,5 limonun şirəsi 
 
Hazırlanması: 
Mayanı isti süddə əridib 2 x.q. şəkər tozu və 100 q un əlavə edin. Yaxşıca qarışdırın, üzərinə dəsmal çəkib isti yerdə 30 dəqiqə saxlayın.  

Unu təpəcik kimi ələyin, ortasında çala açın, içinə bitki yağı, yumurta, duz və baratanı əlavə edib xəmir yoğurun. Üzərinə dəsmal çəkib isti yerdə 1 saat saxlayın. 

Xəmiri iki bərabər kündəyə bölüb 5-8 mm qalınlıqda oval yayın. 

Almaları yuyub qabığını soyun, cecəyini çıxarın, xırda kubik doğrayın, üzərinə limon şirəsi gəzdirin, şəkər tozu və darçınla qarışdırın. 

Perqament qoyulmuş siniyə xəmirin birini döşəyin. İçi üzərinə qoyub bərabər yayın. 

İkinci yaydığınız xəmirin üzərində kənarlardan 3 sm yer qoyaraq paralel kəsiklər edin. Bunu almanın üzərindən qoyun  və "hörməyə" başlayın.  Aşağıdan-yuxarıya hörmək daha rahat olur. Bir şəridi o birinin üzərinə qoyun, "ilmə" alınır, ikinci şəridi onun altından çıxarıb üçüncünün üzərinə qoyun, üçüncünü  ikincinin altından çıxarıb dördüncünün üzərinə qoyun... və bu qayda ilə yuxarıyadək gedin. Sonuncu "ilməni" elə yuxarıda qatlayın.

Piroqun kənarlarını bərkidib 40 dəqiqə saxlayın. Üzərinə çalınmış yumurta çəkib əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın. 

Sobadan çıxarıb bir qədər soyudun, doğrayın.  

 

 

 

 

 

 


Nuş olsun!
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 3 716
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri