Almalı ştrudel resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 5 945
Səs ver:
(səs: 1)
Tərkibi:
2 ədəd hazır qat-qat xəmir
0,5 ç/q darçın
2-3 ədəd böyük alma
2 x/q un
2 x/q şəkər
1 x/1 qəhvəyi şəkər
0,5 st xırdalanmış qoz
2 x\q suxari
 
Üzəri üçün:
1 ç/q su
1 ədəd yumurta

Hazırlanması:
Almaları yuyub təmizləyib kub şəklində doğrayırıq. Darçın, un və hər iki şəkər ilə qarışdırıb almalar suyunu buraxması üçün 20 dəqiqə gözləyirik.
Başqa bir nimçədə qoz, suxarı və yenə də hər iki şəkəri qarışdırırıq.
Donu açılmış qat-qat xəmiri yayırıq, üzərinə əvvəlcə qozlu qarışımı, sonra isə almalı qarışımı səpirik.
Xəmirin kənarlarını içəri qatlayırırq ki, içlik tökülməsin. Sonra rulet şəklində bükürük. İkinci xəmiri də eyni şəkildə bükürük. Yağlanmış və ya yağlı kağız sərilmiş soba nimçəsinə qoyub üzərinə su ilə çalınmış yumurta çəkirik. Hər ruletin üzərinə xırda kəsiklər atırıq.
190C dərəcə qıızdırılmış sobada 40-45 dəqiqə üzəri çəhrayı olana qədər bişiririk.
P.S: dərəcəni sobanıza görə düzəldin.











Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 945
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri