Araxisli halqa peçenyelər resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 2 921
Səs ver:
(səs: 2)
Tərkibi:
8 sm ölçüdə 15 ədəd alınır

130 qr şəkər pudrası
200 qr yağ
350 qr un
0,5 ç/q qabartma tozu
0,5 paçka vanil
¼ ç/q duz
65 qr araxis (üzəri üçün)
1 ədəd yumurta
  
Hazırlanması:
Undan başqa bütün ərzaqları mikser ilə 1-2  dəqiqə çalın. Unu əlavə edib xəmir yoöurun.  Soyuducuda bir az saxlayın.  Xəmir üçün ideal dərəcə 20C-dir. Masanın üzərinə yaxşıca  un səpib xəmiri yayın. Hardasa 6-7mm qalınlığında. Böyük dairələr kəsin və ortasından 2 sm dəlik açın. Nimçəyə düzüb 20 dəqiqə soyuducunun buzluğuna qoyun. 
Araxis və yumurtanı hazırlayın , dairələri soyuducudan çıxarın. Bir tərəfini əvvəlcə  yumurtaya sonra isə araxisə batırın. Soba nimçəsinə düzüb 200C dərəcədə 12 dəqiqə bişirin. Qızarmasını istəyirsinizsə bir az artıq bişirin.

 

 

 

 

 

 


Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 921
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri