Dilimli alma piroqu resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 4 784
Səs ver:
(səs: 4)
Tərkibi (8 pay): 
xəmir: 

150 ml süd
1,5 ç.q. quru maya
1 yumurta
1 x.q. xama
1,5 x.q. şəkər tozu
0,5 ç.q. duz
50 q kərə yağı
370 q un
 
iç: 
3 orta boy alma
40 q qəhvəyi şəkər tozu
0,5 ç.q. darçın
bitki yağı (formanı yağlamaq üçün)
  
Hazırlanması: 
İsti süddə mayanı əridin. Şəkər tozu, duz, xama, yumurta və əridilmiş kərə yağını əlavə edin, yaxşıca qarışdırıb ələnmiş un qatın, xəmir yoğurub üzərinə dəsmal çəkin, isti yerdə 25-30 dəqiqə saxlayın. 

Qəhvəyi şəkər tozunu darçınla qarışdırın. Almaları yuyun, cecəyini çıxarıb dilimləyin. Hər dilimi darçınla şəkər qarışığına batırın. 

25-30 dəqiqə sonra xəmirin həcmi artmalıdır. Gəlmiş xəmiri təxminən 0,7 sm qalınlıqda yayın. Dairələr kəsin. Hər birinin üzərinə bir dilim qoyun. Xəmirin kənarlarını qaldırıb bitişdirin. Bitki yağı çəkilib perqament döşənmiş formaya (d=26 sm) dairə boyu yanaşı düzün.  Orta hissədəki dairəyə almanın yarısını qoyub bükün.  Şəkər tozuyla darçın qarışığının qalanını üzərinə səpin. 

15 dəqiqə isti yerdə saxlayın. Dilimlər şişəndən sonra əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, üzəri qızarıncayadək bişirin. 

Hazır piroqun üzərinə şəkər pudrası səpə bilərsiniz. Bu piroqu doğramaq lazım gəlmir, dilimlər rahatca bir-birindən ayrılır. 

 

 

 

 

 

 

 


Nuş olsun!
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 4 784
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri