Almalı şarlotka resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 3 933
Səs ver:
(səs: 4)
Tərkibi:
2-5 ədəd alma
250 qr un
4 ədəd böyük yumurta
250 qr şəkər
½ ç/q darçın
½ ç/q duz
½ ç/q vanil ekstraktı
1 x/q nişasta
Şəkər pudrası (üzərinə səpmək üçün)
 
Hazırlanması:
Quru ərzaqları – un, duz, darçın və nişastanı ayrıca qarışdırırıq.
Yumurta və şəkəri  çalırıq. Çox çalmağa ehtiyac yoxdur. Çalınmış yumurtanın üzərinə qarışdırdığımız quru ərzaqları əlavə edirik.
Almaları ( zövqə görə armud, gavalı, ərik, şaftalı və başqa meyvələr ola bilər) dilimlər şəklində doğrayıb yağlanmış soba nimşəsinin dibinə düzürük. Üzərinə duru xəmiri əlavə edirik.  Xəmir meyvələrin üzərini tam şəkildə örtməlidir.  180C dərəcə qızdırılmış sobada 40 dəqiqə bişiririk. Hər zamanki kimi hazır olub olmadığını kibrit dənəsi ilə yoxlayırıq. Sobadan çıxardıqdan sonra bir az soyumasını gözləyirik və formadan çıxarırıq. Üzərinə şəkər pudrası səpirik.
Darçın sevənlər şəkər pudrasının içinə darçın da qata bilərlər.











Nuş olsun!
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 3 933
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri