Pəhriz şarlotkası resepti

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 2 769
Səs ver:
(səs: 2)
Tərkibi:
un - 1/2 stəkan 
yulaf yarması - 1/2 stəkan yumurta - 1 ədəd 
yumurta ağı - 2 ədəd 
şəkər tozu (və ya fruktoza) - 1-2 x.q. 
bal - 1 ç.q. 
qatıq - 1 stəkan
qabartma tozu - 1 paçka
alma - 6 ədəd
darçın/vanil/kakao - öz zövqünüzə uyğun əlavə edə bilərsiniz

Hazırlanması
Un, yarma, şəkər tozu, yumurta və yumurta ağını qarışdırıb üzərinə fəsəli xəmiri kimi xəmir alana kimi qatıq əlavə edin. Bir müddət saxlayın ki, yarma şişsin. Qabartma tozu və zövqə görə darçın/vanil/kakao əlavə edin. Təmizlənmiş və doğranmış almaları formaya düzüb, hazırladığınız qatışığı almaların üzərinə tökün. 180 dərəcə temperaturda 30 dəqiqə bişirin. Nuş olsun!
1 porsiya (103.9 qr) üçün: 
kalori: 128.5 kkal.
yağ: 2.1 qr. 
karbohidrat: 22.1 qr.
zülal: 5.5 qr.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 769
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri