Tərkibi (70-80 ədəd):
400 q qat-qat xəmir
3 yumurtanın ağı
1 st. şəkər tozu
vanil
şəkər pudrası (üzərinə)
Hazırlanması:
Yumurta ağı və şəkər tozundan beze çalın, vanil əlavə
edin (yumurta ağlarını bir neçə saat soyuducuda saxlayıb, sonra çalın,
az-az şəkər tozu əlavə edin). Bu zaman şəkər pudrası yox, məhz şəkər
tozu götürmək lazımdır, çünki nə qədər də çox çalsanız, bezenin
tərkibində əriməmiş şəkər tozu dənəcikləri qalır və bişən zaman
karamelləşir.
Qat-qat xəmirin donunu açın, un səpilmiş masada, demək olar ki, şifon nazikliyində yayın.
Xəmirdən stəkan və ya badənin köməyilə dairələr kəsin.
Hər birinin ortasına yarım çay qaşığı beze qoyun, kənarını varenik kimi
bərkidin.
Formanı yağlayın, yaxud perqament döşəyin. Pirojnaları
içinə düzün. 160 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Bişən
zaman sobanın ağzını qətiyyən açmayın.
Hazır pirojnalar midiya kimi açılıb, karamel rəngdə olmalıdır. Bu zaman beze onun içindən axmır.
Pirojnaları boşqaba düzüb üzərinə şəkər pudrası səpin.