Meqaşokoladlı ikirəngli keks resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 2 936
Səs ver:
(səs: 3)
Tərkibi (4-6 pay): 
şokoladlı xəmir: 

70 q un
100 q kərə yağı
100 q şəkər tozu
2 yumurta
0,5 ç.q. qabartma tozu
280 q tünd şokolad 
 
bəyaz xəmir: 
120 q un
120 q kərə yağı
100 q şəkər tozu
2 yumurta
0,5 ç.q. qabartma tozu
50 ml süd
 
əlavə
0,5 ç.q. bitki yağı
 
Hazırlanması
Tünd şokoladı su hamamında əridin. Otaq temperaturunda olan kərə yağı və şəkər tozunu əlavə edib mikserlə çalın. Çalmağı dayandırmadan yumurtaları bir-bir əlavə edin. Qabartma tozu ilə birlikdə ələnmiş un da əlavə edib bir qədər də çalın (eynicinsli kütlə alınanadək).
Keks üçün düzbucaqlı formanı (24x9,5 sm) bitki yağı ilə yağlayın. Şokoladlı xəmiri içinə qoyub hamarlayın. 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. 
Bu müddətdə bəyaz xəmiri hazırlayın. Şəkər tozu və otaq temperaturunda olan kərə yağını mikserlə çalın. Çalmağı dayandırmadan yumurtaları bir-bir əlavə edin. Qabartma tozu ilə birlikdə ələnmiş un, süd qatıb eynicinsli kütlə alınanadək çalın. Formanı sobadan çıxarıb bəyaz xəmiri şokoladlı biskvitin üzərinə töküb hamarlayın. 
160 dərəcə qızdırılmış sobada təxminən 50 dəqiqə bişirin (bu müddət sobanın keyfiyyətlərindən asılıdır). Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın. 
Keksi soyutduqdan sonra süfrəyə verin. 









Nuş olsun!
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 936
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri