Kubik piroqu resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 2 944
Səs ver:
(səs: 2)
Bu sadə piroqu duzlu və ya şirin içlə də etmək olar. İçsiz, duzlu olarsa, çörək, şirin olarsa, bulka kimi olacaq.

Tərkibi (10 pay):
500 q un
100 ml qatıq
160 ml süd (150 ml - xəmirə, 10 ml üzərinə)
1 yumurta
1 yumurtanın sarısı (üzərinə)
130 q kərə yağı (xəmirə 50 q, arasına 80 q)
80 q şəkər tozu
1 ç.q. duz
1,5 ç.q. quru maya
2 x.q. küncüt (yaxud kətan, küncüt və günəbaxan tumu qarışığı)
1 ç.q. bitki yağı (formanı yağlamaq üçün)
 
Hazırlanması:
Əgər şirin piroq hazırlamayacaqsınızsa göstərilən şəkər miqdarını azaldın (1-1,5 x.q.). 

Xəmiryoğuranın qabına isti südlə qatığı, ələnmiş unu, quru mayanı, yumurta, yumşaldılmış yağ, duz, şəkər tozunu qoyub "xəmir" rejimini qoşun. Xəmiryoğuranınız yoxdursa, adi qaydada göstərilən ərzaqdan xəmir yoğurun. Xəmiri isti yerdə həcmi 2-3 dəfə artanadək saxlayın.

Gəlmiş xəmiri 6 bərabər hissəyə bölün. Bir kündəni 4-5 mm qalınlıqda yumru yayın. Üzərinə yumşaldılmış kərə yağı çəkin. İkinci kündəni yayıb birincinin üzərinə qoyun. Onun da üzərinə yumşaldılmış yağ çəkin. Bu qayda ilə bütün kündələri yayıb arasına yağ çəkməklə üst-üstə düzün. Sonuncu yaydığınız xəmirin üzərinə yağ çəkməyin. Üzərinə qida plyonkası çəkib təxminən 15 dəqiqə saxlayın.

Xəmiri 1 sm qalınlıqda yayın. 1 sm enində şəridlərə doğrayın. Sonra bu şəridləri kubiklərə doğrayın.

Dairəvi formanı (d=25 sm) bitki yağı ilə yağlayın. Xəmir kubiklərini içinə düzün (Əyri-üyrü alınanları yanları və dibinə, daha qəşənglərini, hamar kənarlıları üzərinə düzün).

Formanın üzərinə plyonka çəkib piroqun iki dəfə şişməsini gözləyin.

Yumurta sarısını südlə çalın. Səliqəylə piroqun üzərinə çəkin (basmamaq şərtilə). Üzərinə küncüt səpin. 200 dərəcə qızdırılmış sobada 25-28 dəqiqə bişirin.

Kubik piroqu resepti - FOTO RESEPT










Nuş olsun!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 944
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri