Pələng bulkalar resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 2 949
Səs ver:
(səs: 1)
Bu bulkaların üzəri cadar-cadar olur və heyvan dərisini xatırladır. Buna görə də onları "pələng çörəyi" - tiger bread adlandırırlar. Amma daha çox bəbir, yaxud da zürafə dərisini xatırladır. Bulkaların üzəri xırt-xırt, içi isə yupyumşaq alınır. 
 
Tərkibi (8 ədəd): 
xəmir:

1 x.q. quru maya
65 ml isti su
250 ml isti süd
20 q şəkər tozu
30 ml bitki yağı
9 q duz
450-520 q un

üzərinə:
1 x.q. quru maya
125 ml isti su
10 q şəkər tozu
15 ml bitki yağı
2 q duz
100 q düyü unu (mikserdə düyünü çəkib bir neçə dəfə ələməklə də ala bilərsiniz)

Hazırlanması:
Dərin qabda maya, su, süd və şəkər tozunu qarışdırıb 5-10 dəqiqə, üzəri köpüklənincə saxlayın.

Bitki yağı, duz və 400 q un əlavə edin. Xəmir yoğurun. Əvvəlcə xəmir ələ yapışacaq, sonra az-az, 1 x.q. olmaqla bir qədər də un əlavə edərək, xəmir qabın divarlarından aralanınca yoğurun. Bundan sonra daha 5 dəqiqə yoğurub kündə tutun. Üzərinə qida plyonkası çəkib otaq temperaturunda 1-2 saat, həcmi 2 dəfə artıncayadək saxlayın.

Xəmiri ətləyin. 8 yerə bölüb kündələyin, perqament döşənmiş formaya düzün. Üzərinə qida plyonkası çəkib otaq temperaturunda 1 saat saxlayın.

Bulkaları kündələyəndən yarım saat sonra üzəri üçün olan qarışığı hazırlayın: bunun üçün göstərilən ərzağı qarışdırın. O, qatı şəkər qlazuruna bənzəyəcək. Otaq temperaturunda 15 dəqiqə saxlayın.

Sobanı 200 dərəcə qızdırın.

Qarışığı hazırlayandan 15 dəqiqə sonra onu bulkaların üzərinə qatı layla çəkin (əllə daha rahat olur).

Əvvəlcədən qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin. Bulkaların üzəri qızarıb çatlamalıdır.
Sobadan çıxarıb şəbəkənin üzərində soyudun.

Süfrəyə mürəbbə, bal, kəsmik, yağ, pendir, süd və çayla birlikdə verə bilərsiniz.

Pələng bulkalar resepti - FOTO RESEPT










Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 949
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri