Bülbül qonağı paxlavası resepti

Müəllif: ulduz
Şərhlər: 6
Baxılıb: 2 846
Səs ver:
(səs: 2)
Tərkibi:
3 yumurta
1 su stəkanı sulu qatıq
1 su stəkanı duru yağ və ya zeytunyağı
Yarım su stəkanı su
Yarım paket qabartma tozu
1 yemək qaşığı sirkə
1 çay qaşığı duz
800 qram paklavalıq un

İçi üçün;
Çəkilmiş qoz

Şərbəti üçün;
5 su stəkanı su
5 su stəkanı şəkər
Yarım limon

Açmaq üçün;
2 su stəkanı un
2 su stəkanı nişasta

İçi üçün;
fıstıq

Hazırlanması:
Xəmiri hazırlayıb, kiçik kiçik toplar hazırlayın nişasta və un qarışımı ilə oxlov vasitəsilə xəmiri açın.

Daha sonra bıçaqla tam ortadan ikiyə xəmiri kəsin.

Üzərinə qoz səpin.

Daha sonra ilk parçayı oxlova dolayaraq bükün.

Kənarlarından büzərək xəmiri çıxardın.

Uc noqtələri birləşdirib yağlı qaba düzün.

Hamısını belə edin.

Forma verdikdən sonra 180 dərəcədə sobada üzəri qızarana qədər bişirin.

Paxlava soyuq, şərbət ilıqkən şirniyyatın şərbətini tökə bilərsiniz.

1 gecə gözlədin ki şərbətini çəksin.

Fıstıqla bəzəyib servis edin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 846
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri