Çiçək mafiş resepti

Müəllif: ulduz
Şərhlər: 3
Baxılıb: 2 491
Səs ver:
(səs: 2)
Tərkibi:
Yarım su stəkanı qatıq
1 yumurta
1 paket qabartma tozu
1 yemək qaşığı duru yağ
1 çimdik duz
Aldığı qədər un(2-3 su stəkanı)

Şərbəti üçün:

2 su stəkanı şəkər
2 su stəkanı su
1 yemək qaşığı limon suyu

Qızartmaq üçün:
Duru yağ

Üzəri üçün:
Toz fıstıq

Hazırlanması:
İlk öncə şirniyyatın şərbətini hazırlamaq üçün su və şəkəri qaynadaq qaynamağa başlayanda 10-15 dəqiqə daha qaynadaq bu arada limon suyunu əlavə etməyi unutmayaq.

Xəmiri üçün qatıq, yumurta, duru yağ, qabartma tozu və duz töküb qarışdıraq.

Unu yavaş yavaş əlavə edib yumşaq ələ yapışmayan xəmir edək.

Xəmiri nazikləşdirərək yayaq.

Nə çox nazik, nə də çox qalın olmasın.

İstədiyiniz qəlibdə formalarla kəsib isti yağda qızardaq.

Xəmiri qızartdıqca şərbətə ataq.

Qarışdıraraq 1-2dəqiqə gözlədək.

Şərbəti yaxşı çəkəndən sora fıstıqla bəzəyib servis edək.
Şirniyyatı soyuduqdan sonra yeyin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 491
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri