Şambali resepti

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 4 616
Səs ver:
(səs: 2)
Tərkibi:
500 q mannı
2 st. qatıq
2,5 st. şəkər tozu
1 paket vanil
1 paket qabartma tozu

şərbət:
2,5 st. şəkər tozu
3 st. su

üzərinə:
fıstıq

Hazırlanması:
Dərin bir qabda mannı və qatığı mikserlə çalın. Şəkər tozu, vanil və qabartma tozunu əlavə edib çalın.
Sinini yağlayıb xəmiri içinə tökün. Üzərinə fıstıqları aralı-aralı düzün.

Sobanın temperaturunu 180 dərəcə əyarlayıb 5 dəqiqə qızdırın. Sonra sinini içinə qoyub şambalini 30 dəqiqə bişirin.

Şərbət: qazana su və şəkər tozu töküb ocağa qoyun. Qarışdırın. Şəkər tozu əriyib su qaynayınca ocaqdan götürün, soyudun.

Bişmiş şambalini də sobadan çıxarıb soyumasını gözləyin. İlıq şambalinin üzərinə ilıq şərbəti gəzdirin. Bir gün saxlayıb sabahı gün süfrəyə verin.

Unlu şambali
Tərkibi:
1 st. un
2,5 st. mannı
1 st. şəkər tozu
1 st. qatıq
1 armudu st. bitki yağı
0,5 armudu st. süd
2 paket vanil
1 paket qabartma tozu

şərbət:
2 st. şəkər tozu
2 st. su
1 dilim limon

üzərinə:
50 q badam və ya fıstıq

Hazırlanmsaı:
Öncə şərbəti bişirin: qazanda su və şəkər tozunu qaynadın. Qaynara düşəndə 1 dilim limon salıb 1-2 dəqiqə də qaynadın, ocaqdan götürün, soyudun.

Xəmir: şəkər, qatıq və bitki yağını yaxşıca çalın.
Mannı, süd, vanil, qabartma tozu əlavə edib çalın.
Az-az un əlavə edib çalın.

Yağlanmış siniyə boşaldıb üzərini hamarlayın.

Badamları 5 dəqiqə qaynar suda saxlayıb qabığını təmizləyin. Şambalinin üzərinə aralı-aralı basdırın.

180 dərəcə qızdırılmış sobada təxminən 30-40 dəqiqə, qızaranadək bişirin.
Bir qədər soyuduqdan sonra doğrayın. İlıq olanda ilıq şərbəti üzərinə gəzdirin. Süfrəyə dondurma ilə verə bilərsiniz.

Şambali resepti



Nuş olsun!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 616
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri