Qarışqa yuvası resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 7 471
Səs ver:
(səs: 2)
Tərkibi:
Xəmir üçün:

Kərə yağı – 200 qr.
Un – 400 qr.
Yumurta – 1 ədəd
Süd – 125 qr.
Duz – bir çimdik

Krem üçün:
Kərə yağı – 200 qr.
Qatılaşdırılmış süd – 1 banka

Hazırlanması:
Yağ çalınır, bura yumurta, süd, un, duz əlavə olunub, xəmir yoğrulur. Xəmir kürə kimi yumrulanıb bükülür və soyuducuda 40 dəqiqə saxlanılır. Sonra xəmiri ətçəkəndən keçirib, formaya tökür və 200 dərəcədə qızarana kimi bişirirsiniz. Krem üçün qaynadılmış qatılaşdırılmış südlə yağ çalınır. Bişmiş xəmir kremlə birgə qatılıb qarışdırılır və qarışqa yuvası təpəciyi kimi formaya salınır. Soyumaq və özünü tutmaq üçün soyuducuya qoyulur.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 7 471
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri