Giləmeyvəli tart

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1 604
Səs ver:
(səs: 2)
Tərkibi (6-8 pay):

xəmir:
350 qr un (yaxud 250 qr buğda unu 120 qr badam unu)
150 qr yağ
100 qr şəkər pudrası
2 yumurta
1 çimdik duz
Dadlandırmaq üçün 1 ç/q konyak, yaxud rom, 0,5 limonun şirəsi və sedrasından istifadə etmək olar (sevmirsinizsə, vacib deyil). Zövqə görə aşağıdakı kremlərdən birindən istifadə edə bilərsiniz:

1. krem:

250 qr kəsmik
2 x/q süd
3 x/q şəkər tozu
1/2 ç/q vanil cövhəri

2. krem
250 qr maskarpone
2 yumurta
50 qr şəkər pudrası

Əlavə:

giləmeyvə (istənilən)
giləmeyvəli jele

Xəmir:

Un, şəkər tozu və duzu qarışdırın, kərə yağını əlavə edin. Ovuntuq alınanadək əlinizlə qarışdırın, yumurtaları bir-bir əlavə edin (istifadə edəcəksinizsə, konyak, rom, yaxud limonu da qatın), əlüstü xəmir yoğurub kündələyin, plyonkaya büküb soyuducuda yarım saat - 1 saat saxlayın. Bu xəmiri uzun müddət yoğurmaq olmaz - əlinizin istisindən yağ əriyəcək və bişəndə çox bərk olacaq.
Soyumuş xəmiri soyuducudan çıxarıb yayın, formaya qoyun, kənarlarını qaldırın, 200 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə bişirin. Qızılı rəng alanda çıxarın. Əgər çox bişirsəniz, bərkiyəcək.

İç:
Birinci krem üçün olan ərzağı mikserlə qarışdırın. Korjun üzərinə çəkin. Giləmeyvələri düzün. Giləmeyvə üçün jeleni qablaşdırmasında yazılan qaydada hazırlayıb giləmeyvələrin üzərinə gəzdirin. Tartı soyuducuda bir neçə saat saxlayın.


Yumurtaların ağıyla saırısını ayırın. Sarılarını qəkər pudrası ilə ağarıncayadək mikserlə çalın. Maskarponeni əlavə edin. Yumurta ağlarını ayrıca çalın. Maskarponeli qarışığa əlavə edin. Korjun üzərinə çəkib üzərinə giləmeyvələri düzün.
Hər iki kremə limon, yaxud portağal sedrası qatmaq olar.

[b]Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 1 604
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri