Marmeladlı çiçək peçenyelər

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 2 951
Səs ver:
(səs: 2)
Ərzaqlar:
200 qr. kərə yağı
1 armudu stəkan zeytun yağı
1 stəkan pudra şəkəri
1 ədəd yumurta
1 şirin qaşığı vanil şəkəri
3,5-4 su stəkanı un
(Qabartma tozu yox!)

Arası üçün: Dilədiyiniz bir marmelad növü

Hazırlanması:

Otaq istiliyində yumşalmış kərə yağını pudra şəkəriylə birlikdə tam qarışana qədər qarışdırın. Zeytun yağı və yumurtanı da əlavə edib qarışdırın.
Vanil və unu əlavə edib yoğurun. Unu stəkan stəkan əlavə edin. Orta yumşaqlıqda xəmir yoğurun.
Xəmiri şəffaf folqo sərilmiş dəzgahın üzərində yarım sm qalınlığında yayın. Əgər üzərinə də şəffaf folqo sərib yaysanız daha asan və hamar yaya bilərsiniz.
Yaydığınız xəmiri kiçik çiçək qəlibləriylə kəsin. Əldə etdiyiniz çiçəklərin yarısının ortasına məsələn mürəkkəbli qələm qapağıyla dəliklər açın.
Bişirmə kağızı sərilmiş soba nimçəsinə xəmirləri düzün
Əvvəldən isidilmiş 175 dərəcəlik sobada yüngül çəhrayılaşana qədər bişirin.
Bişən peçenyelər soyuduqdan sonra aralarına marmelad sürərək iki peçenyeni birləşdirin. Üzərlərinə pudra şəkəri səpin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 951
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri