Frigo şirniyyatı resepti

Müəllif: Totu
Şərhlər: 6
Baxılıb: 2 002
Səs ver:
(səs: 2)
Tərkibi:
1 litr süd
1.5 su stəkanı şəkər
2 şorba qaşığı qarğıdalı nişastası
2-2.5 şorba qaşığı kakao
2 şorba qaşığı un
75 qram kərə yağı
1 paket vanil
80 qramlıq 1 paket südlü şokolad
Istəyə bağlı olaraq, üzərinə və ya içinə əlavə etmək üçün: 3 şorba qaşığı döyülmüş qoz-fındıq və ya qoz

Hazırlanması:
Qazana şəkər, nişasta, un, kakaonu əlavə edib bir az südlə əzərək qarışdırın.
Ardından qalan südü də əlavə edib, pudinq kimi bişirin.
Qaynamağa başlayınca altını söndürün.
Içinə kərə yağı, vanil və şokoladı və ya istəsəniz qoz-fındıq da əlavə edib, qarışdıraraq yaxşıca əridin.
2 sm qalınlığında olacaq şəkildə düz qaba tökün.
Yaxşıca soyuyunca buzluğa qoyun.
Ən az 2 saat donsun.
Yemədən 20 dəqiqə əvvəl buzluqdan çıxardıb bir az yumşaltmaq lazımdır, çünki çox sərt olur.
İstəsəniz dilimləyərək qabda, istəsəniz də Alaska Frigo Buz kimi alüminium folyoya sarıb süfrəyə təqdim edəbilərsiniz.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 002
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri