Yarım stəkan tortu - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 127
Səs ver:
(səs: 1)
Tərkibi:
1 korj üçün (3 korj gərəkdir):
1 yumurta
0,5 st. şəkər tozu
0,5 st. xama
0,5 st. un
1 x.q. nişasta
0,5 ç.q. söndürülmüş soda

Əlavə:
0,5 st. döyülmüş qoz
0,5 st. kişmiş
0,5 st. xaş-xaş (və ya 2-3 ç.q. kakao)
(bunun əvəzinə hər bir korja ayrılıqda 0,5 st. qoz, 0,5 st. doğranmış ərik qurusu, 0,5 limonun sedrasını vura bilərsiniz)

Krem:
0,5 kq kəsmik
250 qara gavalılı yoqurtu
10 qara gavalı

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə çalın.
Xamanı əlavə edib çalın.
Nişasta əlavə edib çalın.
Unu və sirkədə söndürülmüş sodanı əlavə edib qarışdırın.
Qozu, kişmişi və xaş-xaşı əlavə edib qarışdırın (yaxud da özünüz sevdiyiniz digər əlavəni).
Hər bir korju 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

Krem: Kəsmiyi yoqurtla çalın. Çox şirin xoşlayırsınızsa, azca şəkər tozu da əlavə edə bilərsiniz
Doğranmış qara gavalı əlavə edin
Korjların arasına krem çəkib üst-üstə düzün.
Tortun yanlarına və üstünə krem çəkin. Üzərini zövqünüzə görə bəzəyin.

Yarım stəkan tortu - FOTO RESEPT

















Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 127
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri