Laduree eklerləri resepti

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 1 957
Səs ver:
(səs: 2)
Laduree Parisdə məşhur qənnadıdır. Onun maraqlı şirniyyatlarından biri də eklerdir. Bu eklerlər digərlərindən xırt-xırt şəkərli qabığı, yüngül kremi ilə fərqlənir. Yoxlamağa dəyər.

Tərkibi (6 pay):
şəkərli xəmir (üst üçün):

100 q kərə yağı
125 q un
125 q şəkər tozu
1 ç.q. vanilli şəkər tozu

bişmiş xəmir:
120 q un
100 ml yağlı süd
100 ml su
10 q şəkər tozu
1 çimdik duz
80 q yağ
4 yumurta

krem:
2 ç.q. vanilli şəkər tozu
400 ml yağlı süd
4 yumurtanın sarısı
130 q şəkər tozu
30 q qarğıdalı, yaxud kartof nişastası
25 q kərə yağı
250 ml 33%-li qaymaq

Hazırlanması:
Şəkərli xəmir: soyudulmuş kərə yağını xırda kubiklərə doğrayıb un, şəkər tozu və vanilli şəkərlə qarışdırın. Ya əlinizlə, ya da kombaynda ovuntuq halına salın. Sonra toparlayıb qida plyonkasına bükün, 1 saat soyuducuda saxlayın.

Bişmiş xəmiri hazırlayarkən ərzaqların nisbətini gözləmək lazımdır. Elektron tərəzidən istifadə etməyiniz məsləhətdir. Yağı süddə əridin, qaynara düşənədək bişirin. Bu arada sobanı 180 dərəcə qızdırın. Südə su qatın, qaynara düşəndə unu əlavə edin, ocağı söndürün, südlə unu eynicinsli kütlə alınanadək qarışdırın.Qarışdırmağı dayandırmadan yumurtaları bir-bir əlavə edin.

Soyuducudan şəkərli xəmiri çıxarıb azca ətləyin. Sonra isə iki qida plyonkasının arasında təxminən 1-2 mm qalınlıqda yayın.
Perqament kağızını azca yağlayıb un səpin. Bişmiş xəmirdən konditer torbasına doldurub perqamentin üzərinə aralı-aralı 10 sm uzunluqda eklerlər sıxın.
Şəkərli xəmirdən 12x4 sm ölçüdə dördbucaqlı parçalar kəsib bişmiş xəmirdən olan eklerlərin üzərinə səliqə ilə qoyun.
Sobada 30-40 dəqiqə bişirin. Eklerlər yaxşı qalxmalı və qızarmalıdır. "Laduree"nin kitabında yazılıb ki, ilk 10 dəqiqə sobanın ağzını açmayın, sonra isə onu 1-2 mm açıq qoymaq lazımdır. Doğrusu, bu prosedursuz da yaxşı bişir.

Krem: Yumurta sarılarını 80 q şəkər tozu və vanilli şəkərlə qarışdırın. Nişasta əlavə edin, həcmi artıb ağaranadək çalın. Südü qaynadın və qaynar-qaynar çox nazik axınla yumurtalı qarışığa çalaraq əlavə edin. Sonra bu kütləni yenidən qazana qaytarıb daim qarışdıraraq qatılaşanadək bişirin.
Bişmiş kremin ağzına qapaq qoyub tam soyumasını gözləyin. Bu arada möhkəm soyudulmuş qaymağı 50 q şəkər tozu ilə çalın (çox şirin sevirsinizsə, şəkərin miqdarını artıra bilərsiniz). Soyumuş bişmiş kremlə çalınmış qaymağı qarışdırın.
Kremi eklerlərin içinə doldurun. Süfrəyə verərkən üzərinə şəkər pudrası səpin.

Əgər hər hansı bir tədbir üçün eklerləri bir neçə gün əvvəldən hazırlamaq lazımdırsa, bişmiş eklerləri qapalı konteynerdə saxlayın, kremini isə süfrəyə verməzdən əvvəl doldurun. Çünki içi doldurulmuş eklerlərin xəmiri müəyyən müddət sonra yumşalır və pirojna görkəmi ilə dadını itirir.

Laduree eklerləri resepti




















Nuş olsun!
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 1 957
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri