Bitter şokoladlı peçenye resepti

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 4 622
Səs ver:
(səs: 1)
Tərkibi:
150 qram otaq istiliyində yumşalmış marqarin ya da kərə yağı
Yarım çay stəkanı duru yağ
1 ədəd yumurta (otaq istiliyində)
1 su stəkanı nişasta (qarğıdalı istifadə) (ələnilmiş)
1 su stəkanı pudra şəkəri
1 çay stəkanı bitter peçenye şokoladı
1 paket vanil (ələnilmiş)
2, 5 su stəkanı ələnilmiş un

Hazırlanması:
Dərin bir qabın içinə yumşalmış marqarini, duru yağı, pudra şəkərini və yumurtanı alaq. Yaxşıca qarışdırdıqdan sonra nişasta, vanil və az-az un əlavəsi ilə əlimizə yapışmayan yumşaq konsistensiyada bir xəmir əldə edək. Xəmirimiz konsistensiya aldıqdan sonra beş dəqiqə daha yoğurub bitter peçenye şokoladlarını əlavə edib bir az daha yoğuraq. Xəmirimizi 15 dəqiqə soyuducuda üstü örtülü olaraq istirahət etdirin. Dinlənən xəmirimizdən qozdan bir az böyük parçalar qopararaq istədiyimiz şəkli verərək yağlı kağız seriyalı tavaya düzək. Mən dondurma qaşığı ilə etdim. Əvvəldən isidilmiş 175 dərəcəli sobada 15-20 dəqiqə bişirin. Üstü yüngül qızarınca olmuş deməkdir. Soyuduqdan sonra xidmət qabına alaq.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 622
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri